Menu

GENERALIN OĞLUNA YENİ VƏZİFƏ VERİLDİ - Ölkəmizi təmsil edəcək + FOTO

26.02.2025, 22:46
GENERALIN OĞLUNA YENİ VƏZİFƏ VERİLDİ - Ölkəmizi təmsil edəcək + FOTO

Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

"AzPolitika"nın “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib. 

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Kamran Tahirbəyli Vətən müharibəsi iştirakçısıdır. O, Qubadlı, Cəbrayıl və Zəngilanın azad edilməsinə görə medalları ilə təltif edilib.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Şərhlər

Sahib 2025-02-27 11:56:01

bu ölkədə 1000 il bundan qabaqkı kimi şah oğlu şahdır nökər oğlu da nə qədər savadlı qabiliyyətli olsa da nökərdir. Kimsən haralısan hansı millətdənsən əsas rol oynayır. Türk oğlu Türkə iş yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol