Fransa, Almaniya və Böyük Britaniyanın daxil olduğu bir çox nümayəndə Rusiyanın BMT İnsan Haqları Şurasındakı çıxışına etiraz ediblər.
"AzPolitika" xəbər verir ki, nümayəndələr Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin çıxışı zamanı zalı tərk edib.
Verşininin çıxışına etiraz edən nümayəndələr iclas zalından kənarda toplaşıblar.
Verşinin isə öz növbəsində Ukraynanı "əsas insan hüquqlarını açıq şəkildə pozmaqda" ittiham edərək, Qərb ölkələrini "Rusiya əleyhinə təbliğat aparmaqda" günahlandırıb. O, "İnsan hüquqlarının və azadlıqlarının qorunması ikili standartlarla uyğun gəlmir" deyə bildirib.
Bu sözlərə Ukraynanın Xarici İşlər nazirinin müavini Mariana Betsa sərt reaksiya verib. O, "Təcavüzkar cəzalandırılmalıdır, təcavüz mükafatlandırılmamalıdır" deyərək Rusiyanı beynəlxalq hüquqa meydan oxumaqda ittiham edib.
"AzPolitika.info"


Şərhlər