Menu

Fidan Ukrayna müharibəsində sona yaxınlaşıldığını deyir - "Yaya qədər..."

27.02.2025, 20:47
Fidan Ukrayna müharibəsində sona yaxınlaşıldığını deyir - "Yaya qədər..."

"Rusiya ilə Ukrayna arasında yaya qədər nələrsə görə bilərik".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan "Əl Cəzirə"-yə müsahibəsində deyib.

Rusiya ilə ABŞ arasında aparılan danışıqlar və Ukraynadakı müharibə ilə bağlı Türkiyənin vasitəçilik rolu barədə sualları cavablandıran Fidan, bildirib ki, Ukrayna müharibəsində sona yaxınlaşdığına dair əlamətlər var.

O, tərəflərin hansı şərtlər altında və necə atəşkəsə gedəcəklərini müzakirə etdiklərini bildirib. Fidan həmçinin ABŞ və Rusiyanın bu müzakirələr üçün nümayəndə təyin edəcəklərini və hər iki tərəfdə də siyasi iradənin formalaşdığını qeyd edib.

Fidan, amerikalıların məlumatları toplayaraq daha sonra bir yol xəritəsi üzərində işləyəcəklərini və bunu tərəflərə təklif edəcəklərini bildirib: "Bu xəritəyə mütləq tərəflərin – istər Rusiya, istərsə də Ukrayna tərəfi, avropalılar – hər kəsin dəyişiklik tələbi və təklifi olacaq. Ukrayna müharibəsini dayandırmaq adına qarşıdakı bir neçə ayın çox sürətli və intensiv keçəcəyini düşünürəm".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol