Menu

"Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır" - Qərbi Azərbaycan Xronikası + VİDEO

28.02.2025, 00:11
"Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır" - Qərbi Azərbaycan Xronikası + VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır” adlı süjetdə Azərbaycandan Naxçıvana maneəsiz keçidlə bağlı Ermənistan hakimiyyətinin irəli sürdüyü müxtəlif variantlardan bəhs olunur.

Bildirilir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı əsas prinsiplər 10 noyabr razılaşmasında əksini tapıb.

Qeyd olunur ki, rəsmi Bakının dəyişməz tələbi Naxçıvana maneəsiz keçidin verilməsidir: “Ermənistanda düşünürlər ki, Paşinyan hakimiyyəti əslində Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu “yol” adı altında gizlədir.

Erməni ekspertlər də hesab edirlər ki, Azərbaycan yükləri Zəngəzurdan maneəsiz şəkildə keçəcəksə, rəsmi Bakı tələb etdiyi dəhlizi əldə edəcək.

Bakı-İrəvan danışıqlarında Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılması əsas müzakirə mövzularından biridir: “İrəvanda anlayırlar ki, regional kommunikasiyanın açılması Zəngəzur dəhlizinin reallaşmasından asılıdır, əks təqdirdə, Ermənistan dalan ölkə olaraq qalacaq. Ermənistanın yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinə şəraitin yaradılmasıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Şərhlər

Rüfət 2025-02-28 08:54:37

Adə,açır da! Hər şeyə bir quş qoyub xalqın yaşamını çətinləşdiririniz,lazımız bəhanələrlə problem yaraıb işii uzatmaq iatəyiriniz.Xalq bu boş düşüncədən,yazılardan bezib.Görün ermənilər indi nə ilə məşğuldur,bizimkilər nə ilə məşğuldurlar.Real iş görmək lazımdır.Baş yoran mövzulardan əl çəkin.Xalq çoxan bu çərənləmələrdən bezib.Xalqa otel.retoran yox.normal,akit həyat vacibir.Boş özləri çeynəmək kifayət deyil? Əməli i.ş görülməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol