“Kanadaya ədalətsiz tariflər tətbiq edilərsə, biz dərhal və çox sərt cavab verəcəyik”.
“AzPolitika” xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, 27 fevral 2025-ci il tarixində verdiyi açıqlamada, Kanada və Meksikadan idxal olunan məhsullara tətbiq ediləcək 25% tariflərin 4 mart tarixindən etibarən qüvvəyə minəcəyini təsdiqləyib. Əvvəlcə bu tariflərin 4 fevralda tətbiqi planlaşdırılsa da, hər iki ölkənin fentanil qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün razılaşmalar əldə etməsi səbəbindən tətbiq tarixi təxirə salınmışdı.
Lakin Tramp, narkotik maddələrin ABŞ-yə qəbuledilməz səviyyədə daxil olmağa davam etdiyini bildirərək, tariflərin planlaşdırıldığı kimi 4 martda qüvvəyə minəcəyini bəyan edib.
“AzPolitika.info”


Şərhlər