Menu

Azərbaycan səfiri Bədri ilə ikitərəfli əlaqələri müzakirə edib

02.03.2025, 23:48
Azərbaycan səfiri Bədri ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran – Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ilə ikitərəfli əlaqələri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Tehrandakı diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycan Res. İran İR-dəki səfiri Ə.Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb”, – səfirliyin mətbuat xidməti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol