ABŞ-də bir sıra Respublikaçı konqresmenlərin Trampa məddahlığı ifrat həddə çatıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Texas ştatının respublikaçı konqresmeni Brendon Gill 100 dollarlıq əskinasda Bencamin Franklinin şəklini ABŞ-nin hazırkı prezidenti Donald Trampın portreti ilə əvəz edəcək qanun layihəsi təqdim edib.

“Fox News”-a verdiyi müsahibədə o izah edib ki, qanun layihəsinə görə, Trampın dollar üzərindəki şəkli onun gələcəkdə əldə etdiyi nailiyyətlərin tanınmasını simvolizə edəcək.
“31 dekabr 2028-ci ildən sonra Donald Trampın portreti olmayan 100 dollarlıq əskinas buraxıla bilməz. Maliyyə naziri əskinasın ilkin dizaynını 2026-cı il dekabrın 31-dən gec olmayaraq təqdim etməlidir”, - qanun layihəsinin mətnində deyilir.
Konqresmenin təklif etdiyi qanun layihəsi “2025-ci ilin Qızıl Dövr Aktı” adlanır.
Xarici medianın da yazdığı kimi, bütün bunların ABŞ-də baş verdiyinə inanmaq olduqca çətindir...
“AzPolitika.info”


Şərhlər
İndiyə qədər mən elə bilirdim ki, ALLAH-TƏALA məddahlığı ancaq Azərbaycan məmləkəti üçün şamil edibdir. Heç demə amarikanlara da şamil imiş. Heç bir hədis kitabında rast gəlməmişdim.