Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

"AzPolitika" xəbər verur ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək k, Şahin Tofiq oğlu Babayev 1988-ci ildə  anadan olub.

2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011- ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb.

2012-2021- ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ilsə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.  Bu günə qədər həmin vəzifədə çalışıb. 

Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

İngilis və rus dillərini bilir. Ailəlidir.

Onu da qeyd edək ki, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasən yaradılmışdır.

Bu Holdinq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsində və onların vahid şəkildə, mərkəzi bir qurumdan idarə edilməsinə xidmət edəcək.

Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi isə icraçı direktor həyata keçirir.

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən və aşağıda göstərilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxsləri daxildir:

-“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

-“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“-Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti;

-“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

-“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti;

-“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti;

-Bakı Gəmiqayırma Zavodu.

"AzPolitika"