Menu

YENİ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU - Saməddin Əsədov kimdir? + DOSYE

04.03.2025, 21:18
YENİ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU - Saməddin Əsədov kimdir? + DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.

"AzPolitika" xəbər verir ki,  "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Saməddin Fəxrəddin oğlu Əsədov 5 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub.

2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışıb, 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələri tutub. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, yeni təyinatla bağlı ilk məlumatı APA yayıb.,

Şərhlər

Oxucu 2025-04-04 15:09:16

Rəşad Nəbiyev kimi istəsə özünə müavin təyin etdirir......? Bir nazirlikdə neçədənə müavin olar, nəyə lazımdır bu qədər müavinlər.....? Peşəkar kadrları nazirliyə təyin etmək lazımdır.....?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol