Menu

"Aİ Fələstində sərhəd dəyişikliklərini tanımır" - Koşta

04.03.2025, 23:21
"Aİ Fələstində sərhəd dəyişikliklərini tanımır" - Koşta

Avropa İttifaqı (Aİ) Qəzza zolağında və ya Fələstinin digər bölgəsində BMT tərəfindən tanınan sərhədlərdə hər hansı dəyişikliyi tanımır.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Misirdə Ərəb Dövlətləri Liqasının (ƏDL) növbədənkənar sammitinin açılışında bildirib.

Koşta bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə və Fələstinə humanitar yardım çatdırmaq imkanını təmin etməyə çağırıb.

O, Aİ-nin Qəzzada idarəçiliyin bərpasına dəstəkdə əsas rol oynayacağına və həmçinin regionda uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyəcəyinə söz verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol