Ötən gün şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istintaqa çağırılıb.
"AzPolitika" Lent.az-a istinadən xəbər verir ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Xatırladaq ki, F. Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırılması bildirilib. Şiddətli töhmətin də buna görə verildiyi qeyd edilib. Artıq qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən kənarlaşdırılıb.
"AzPolitika.info"


Şərhlər
Turizm Agentliyində Şəffafflıq Azərbaycan təşkilatından keçib (sızdırılıb) işləyən bir çox kadr var. Əsas fiqur Azadə Hüseynovadır. Açar kadr Azadə Hüseynovadır. Fuadın məhv olmasına altdan altdan işləyən Azadə Hüseynovadır. Azadə Hüseynova Fuad Nağıyevin anasının bütün kadrlarını agentliyə yerləşdirib. Ağdamlıları bütün qoruqlarla qeyri-qanuni yollarla qohumbazlıq zəminində işlə təmin etdirib. Agentlikdəki alman xarici kəşfiyyatçı və qızbaz Florianı da unutmaq olmaz. Florianın gördüyü bir iş yoxdur lakin 30-40 min manat paket əmək haqqı alır. Həmdə özünün Avropada şirkəti var. Odu kənara qoyub küllə oynamayın əsas açar şəxslər tülkü dərisi altında gizlənib.
Nə qədər ki, yüksək vəzifələ təyinolmada biznesin idarə edilməsi ixtisası əsas götürüləcək bu cür mənzərəyə hələ çox şahid olacağıq.Bu ixtisas sahibləri qara-qura yolları hamıdan yaxşı bilirlər.