"Rus sektoru çox yaxşı nəsil yetişdirir."
Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev APA-ya müsahibə verib. Müsahibənin rus və türk dilləri ilə bağlı olan hissəsini təqdim edirik.
- Rus və türk dilləri ilə bağlı çıxışınızın belə səs-küy yaradacağını düşünürdünüz?
- Qətiyyən! Ağlıma da gəlməzdi. Ancaq təhqir eləyənlər məni haqlı çıxardılar. Bu, natamamlığın nəticəsidir. Haqqımda deyilənlərə qulaq asmıram. Burda mövzu rus sektoru deyil. Ölkəmiz hansı yollarla inkişaf eləyəcək? Məqsədimiz var idi – Qarabağ. Müstəqilliyimizin adı Qarabağ idi. 30 illik tariximiz bitdi. Yeni tarix başlayır.
- Sizcə bu yeni tarixdə rus dilinin yeri olacaq?
- Əlbəttə! Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir. Öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir. Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir.
Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər.
Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar
- Deyirlər ki, rus dili müstəmləkəçinin dilidir.
- Hindistanda, Pakistanda hamı ingiliscə bilir. Rus dili də dünyada 6 beynəlxalq dildən biridir. Mənə o sözləri deyənlər başlarına çoban papağı geymiş geridəqalmışlardır. Rus dili bu gün də bizə lazımdır, çünki dünya dilidir.
Bizim kimi kiçik xalqlar mədəniyyətini öz dilində yaradır, ancaq təhsili başqa dildə alır. Təhsil mütləq böyük xalqların dilində alınmalıdır. Rusiya ilə məsələ gərginləşən kimi bu məsələni qaldırırlar. Çünki natamamdırlar. Adamlar baxırlar ki, Bakıda fərqli dildə danışılır, əsəbiləşirlər, çünki bilmirlər, başlayırlar pisləməyə. Heç kim heç kimə üstdən-aşağı baxmır. Mənim kiçik qızım rus sektorunda oxuyur, deyir ki, bizdə Azərbaycan sektoru çox güclüdür.
- Rus sektorlarının bağlanması məsələsi də müzakirə olunur. Əsas gətirirlər ki, vətəndaşların vergisi ilə dövlət məktəblərində xarici dildə təhsil olmamalıdır.
- Sənin verginlə uşaqlara dil öyrədirlər. Rus sektoru çox yaxşı nəsil yetişdirir. İnsan bədənində elə orqan var ki, kiçikdir, amma o olmasa, olmaz. Rus dili də belədir. Qarabağı qaytardıq, başımızı əymədik. Başqa nə lazımdır?
Nizami Gəncəvi fars dilində yazıb. Onun əsərlərinin rus dilində tərcüməsi Azərbaycan dilində tərcüməsindən daha keyfiyyətlidir. Bunu mütəxəssislər də təsdiqləyir.
İnsan bilmədiyindən qorxur. Bu da belə bir şeydir.
- Türk dili təhlükəsini hansı məqamlarda hiss edirsiniz?
- Seriallar sayəsində dilimiz aşınır. Oxşar dillər olduğuna görə dilimiz ciddi təsirə məruz qalır. Bunu mən yox dilçilər, yazıçılar deməli idi. Bu gün Türkiyədə balaca bir qəsəbədə Aytmatova büst qoyublar. O, hansı dildə yazıb? Rus dilində. Ancaq, məsələn, ermənilərin ən böyük şairi hesab olunan Sayat Nova da azərbaycanca yazırdı.
Bu sözlərimə görə məni vətən xaini elan elədilər.
Onlar “Böyük qardaş” sindromundan əziyyət çəkirlər.

Şərhlər
Mənbəyini dağlarin zirvəsindən götürən daq çayları axaraq vahid dünya okeanına tökülür.Dillər də belədir.Əsrlər sonra vahid dünya dili olacaq,biz istəsək də istəməsək də.
iNSANIN XARİCİ DİL BİLMSİ ŞOX GÖZƏLDİR.ANCAQ XARİCİ DİLİ ÖZÜNÜN BİRİNCİ DİLİ HESAB ETMƏSİ YOLVERİLMƏZ VƏ AYIBDIR.BUNU CƏNAB SALAYEV HƏLƏ DƏ .BU YAŞINDA DA ANIAYA BİLMƏYİBSƏ ÇOX HEYF! YƏQİN SALAYEV METİSDİR,YƏNİ ANASI RUS OLUB,ONA GÖRƏ ONUN ANA DİLİ RUS DİLİDİR.BELƏ QARIŞIQLARIN İSƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ,KİNOSU İLƏ MƏŞĞUL OLMASI QARANLIQ MƏSƏLƏLƏRDƏN XƏBƏR VERMİR?
Günah bizdədi ki,bunun kimilərə layiq olmadığı dəyəri verib o qədər yüksək adlar vermişik.Əsl xain düşüncəli məxluq bax belə olur!
Absurd misalları niyə çəkir? Nə dəxli var? Almancadan başqa dil bilməyən alman cərraha niyə güvənməyəsənki? ? Ya bir yapona , Fransıza? Bu nə axmaq misaldı, o boyda adam dolə gətirir?
Bizim,hamımızın dilimiz Azərbaycan dilidir.Azərbaycanda bu sözərləri deyənin burda yeri olmamalıdı.Ayıb olsun sənə.Özünü biabır elədin.Xalqda özünə nifrət hissi oyatdın.Bizim torpaqlarımızı ruslar alıb,paylayıb.İndiyə kimi onun əziyyətini çəkirik.
Bele manqurtlsri azadliq meydaninda ele rus sozleri ile qamcilamaq lazimdi agli basina gelsin
bu ŏrdəyi çıxarıb niyə sŏylədirsiniz? Bunun baṣı protezdəndir belə də sarsaqlayacaq...
Öz xalqınln dilinə milli təəssübü olmayan bir adam,dünya şöhrətli alim də olsa manqurtdan başqa bir şey deyil.Özünüzü yormayın uşaqlar, Bakıda belə ruslaşmış, kökündən qopmuş, milli kökünə hörməti olmamanylar çoxdur və nə desəniz də belələrinə təsir etməyəcək.
Onun kimliyi milliyəti alnına yazılıbdır. Alkaş
Söhbət Putinin qulağına çatan kimi bunun boynundan "Müqəddəs II Yekaterina" ordeni asacaq.
...soyadindan bellisen..."sala"...ve sen en boyuk tehlukesen...seninkimiler coxdur bu TURK diyarinda...rusca oxudugundan ne bu diyarin tarixini, ne de edbiyyatini bilirsen...evezinde rusa secde etmeyi bilirsen!!!...ve sen EN BOYUK tehluke ve rusun cesisusan!!!
Mən şübhələnirəm ki, Moskvada oxuyarkən ruslar Ayazın başını qırxıb təzə dərisi soyulmuş dəvənin boynunun dərisini onun keçəl başına yapışdırıb, əl-qolunu bağlayıb isti günəş altında sağlayıblar. Çünki bu adam əsil MANQURTDUR- əslini, keçmişini, kimliyini, miliyyətini inkar edən biridir.
SALA. YEV....DŮZ DEYIR.....
Bakı şeherinin “русско язычное население города Баку» hissesinin 99%- i Salayev kimi düşünür ve bele de qebul etmekle özlerini 100 % haqlı hesab edirler qana qanmaya.
Asimilasiya olunmush bedbext
Birincisi Sayat Nova nə erməni, nə də gürcü şairidir. O albandır yəni təmiz Azərbaycan türküdür . Ayaz kimiləri bizim millətdən ola bilməzlər çünki qanları xarabdır.
Bimilletin başına onda kül olub bunun Ziyalısı hansı milletden okduğunu aylrd ede bilmir.
Bu adsm rus rys diline brle doğma mehebbet gösterirse demeli bunun milliyyeti de yeqin ki xoşladığı milletdir
Get onda rusun ....
sen turk deyilsen ax.i ana dilinde turk dili olsun. ay rus bas sen nece oxumusan ki rus esirlerdi bizim basimiza bu oyunlari acir. get yaxsi oxu tarixi . bilisiz bele insanlari efire cixarmaq bele cinayerdir
Eger bu adsm rus dilini öz ana dili hesab edirse ele milliyyetini de deyişib rus qoysun ve bununla da fexr etsin ki, bizim kimi “Чушка» deyil ve alkaş ve Cellad İvandır.
Bu adama çatmlr ki,söhbet 2-3 esr onun milletinin Celladı olmuş bir dövlet ve milletden gedir, yeni o özünü rus hesab ecit azerbaycanlı yix ve bununla da fexr edur yeni insan bele terbiyye alıb başqa cür de ola bilmez ...
Rular beləsinə axırıncı adam deyir. Ayaz özü rus dilinə tərcümə etsin, yaxşı çıxır. bir də deyirlər harda oxusan da, nə qədər oxusan gedə elə gedədir!
Bu zadı yaxından tanıyanlar da bilrlər ki, bu sənətdə də zaydı. O ki qaldı dillə bağlı fikirlərinə, baş qoşmayın bu artıq mankurtlaşıb, yəni anlamsızlaşıb. . Nə deyilsə də fikrini dəyişməyəcək.
Mən Ayaz Salayevin fikri ilə razı deyiləm. O zamanında "Retro" kino verilişini aparırdı və Azərbaycan dilində danışmağda çətinlik çəkirdi. Çünki, rus sektorunu bitirmişdi. Qaldı Moskvada oxumağa, mən orta məktəbin 6-ci sinfini kənddə, 10-cu sinfi isə Lökbatan qəsəbəsində Azərbaycan sektorunda bitirmişəm. Almaniyada əsgərlikdə olarkən 6 aylıq tibbi kursu fərqlənmə ilə bitirmişəm. Əsgərlikdən sonra isə Xarkovda oxumuşam və oranıda fərqlənmə ilə bitirmişəm. Ancaq mən heç vaxt Rus dilini 1-ci dil saymamışam. Məncə əsas dil ANA dilidir, çünki o dildə anamız bizə lay-lay oxuyub.
bunun mordasından nə olduğu məlumdur...
Əvvəla bunun Azərbayan milli incəsənətinə nə işi olub ki.ona əməkdar adı verilib?İkincisi elə bunun tayları yüksək vəzifəələrə təyin olunub Azərbaycanı belə ağır vəziyyətə salıblar.Yarısı rus,yarısı ermən.....Belələridir Azərbaycan türkünün belə ağır yaşamsına səbəb olan!