Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın yaşamaq hüququ təsbit olunub – cinsindən, peşəsindən, vəzifəsindən və s. asılı olmayaraq. Ancaq nə işdirsə, son bir neçə onillikdə Azərbaycanda bəzən nəinki insanların yazdığı qanunlar, hətta təbiət qanunları da düz-əməlli işləmir...
Məsələn, “ölüm haqdır”, “heç kim qismətdən artıq yaşaya bilməz” və s. kimi əsrlər boyu adət etdiyimiz anlayışlar sanki iri ranqlı sabiq və indiki bir çox iri məmurlar, nazirlər, komitə sərdrləri, deputatlar və s. üçün keçərli deyil. Bu adamlara nəinki adi qanunlar, təbiət qanunları da “batmır”!
Son statistika Azərbaycanda xüsusilə də kişilərin 50.4 faizinin, yəni, yarsından çoxunun(!) 65 yaşına çatmamış, pensiya belə almamış dünyasını dəyişdiyini deyir. Dəhşətli statistikadır! Amma bunu iri məmurlara qətiyyən şamil etmək olmaz. Görünür, bu kişilər o kişilərdən deyil... Maraqlıdır, nədən iri məmurlar əsasən yaşı 90-ı haqlamamış dünyasını dəyişmir, sadə vətəndaş isə “nakam” gedir? Əlbəttə, böyük ölçüdə ritorik sual və yanaşmadır. Lakin hər halda, bu sual ölkə vətəndaşını, xüsusilə də sağlamlıq, dolanışıq dərdi çəkən vətəndaşı ciddi maraqlandırır...

Ramiz Mehdiyev – 87 yaş, Artur Rəsizadə - 90 yaş, Ziyad Səmədzadə - 85 yaş, Hacıbala Abutalıbov – 81 yaş, Yaqub Eyyubov – 80 yaş, Əhməd Əhmədzadə - 80 yaş, Polad Bülbüloğlu - 80 yaş, Hüseynbala Mirələmov – 80 yaş, Eldar İbrahimov - 80 yaş, Əli Həsənov(“Qaçqınkom”) – 77 yaş, Ramil Usubov – 77 yaş, Məzahir Pənahov – 74 yaş və sair. Yaşadıqca yaşayan keçmiş və indiki məmurları, deputatları saydıqca saymaq olar. Əlbəttə, sıravi vətəndaşlar arasında da uzunömürlülər var. Lakin məmurların ümumi sayına nisbətdə uzunömürlülərin xüsusi çəkisi ilə adi vətəndaşların ümumi sayındakı uzunömürlülülərin nisbətini hesablayan olsa, birincilərin əzici üstünlüyə malik olduğu açıq görünər. Yəni, şərti olaraq sıravi vətəndaşın, xüsusilə də kişilərin 100-dən 20-si 70 yaşı ötə bilirsə, məmurlarda bu göstərici 100-dən 90-nın üzərində olar ki, az olmaz.

Son illər mərhum Gənclər və idman naziri Azad Rəhimov xaric hansısa iri ranqlı məmurun vaxtsız dünyasını dəyişdiyinə dair hər hansı faktı xatırlaya bilərsinizmi?...
Bəs, sadə vətəndaşla məmur arasındakı uzunömürlülük nisbətindəki bu fərqin, “uçurumun” səbəbi nədir? Məlum məsələdir ki, insan həyatının uzunluğunu bədbəxt hadisələr və irsi xəstəliklər xaricində müəyyən edən əsas şərt həyat keyfiyyətidir. Bu keyfiyyət isə insanın istifadə etdiyi ərzaqdan udduğu havaya, səhiyyə xidmətlərinə, yaşadığı stresslərə qədər bir çox faktorlardan asılıdır ki, bütün bu parametrelərdə də sadə vətəndaş iri məmura dəfələrlə uduzur.
Sadə insanımız mağazalarda üzərində “endirim” yazılan, tərkibi heç tibbə məlum olmayan xəstəlik mənbəyi kolbasa-sosiska, “broyler toyuğu”, bitki yağı adı altında satılan amma özü sürtkü yağlarından az fərqlənən sarı maye, “inəkdən xəbəri olmayan” kərə yağı, geni dəyişdirilmiş tərəvəz, meyvə, apteklərdə isə bahalı dərmanın “əvəzedicisi”ni, yəni, daha ucuzunu və keyfiyyətsizini axtarır. Çünki imkanı yalnız bunlara çatır. Həmin vaxt iri məmura hər şeyin “orqaniki” gətirilir.

Bu adamlar adi iynəni belə Azərbaycanda vurdurmur, İsraildə, Almaniyada, ABŞ-də müalicə olunur. İstirahətini, məzuniyyətini dünyanın ən bahalı, ən gözəl, ekoloji cəhətdən ən təmiz məkanlarında keçirir. Sadə vətəndaş isə bahalığa görə öz rayonlarımıza belə gedə bilmir, sərhədlər bağlanandan sonra hətta nisbətən ucuz Gürcüstana belə həsrət qalıb...
Məmurun “təpəsinə tapanca dirəsən”, gəlib NZS-də yaşamaz. Onun mütləq Şüvəlanda, Zağulbada, Mərdəkanda, Nardaranda və s. elə həmin şərti NZS-də yaşayn vətəndaşdan, onun dövlətinin büdcəsindən oğurladığı pullar hesabına bağı, villası var. Məmurun, deputatın sabiqi də, hazırda vəzifədə olanı da orada yaşayır, işə də hər gün bahalı xidməti avtomobilində oradan gəlir...

Statistika onu da deyir ki, Azərbaycanda vaxtsız ölümlərin əsas səbəbləri sırsaında ürək-damar xəstəlikləri və xərçəng ilk yerləri tutur. Günü bu gün Milli Onkologiya Mərkəzinin qarşısında “mitinq meydanı”na, içində isə “insan tıxacı”na şahid ola bilərsiniz. Həkim qəbuluna düşməkdən “ximiya almağa” qədər hər yerdə ucsuz-bucaqsız növbələrdir. Dərmanlar da “od qiyməti”nə.
Artıq uzun illərdir xərçəng diaqnozu inkişaf etmiş ölkələrdə “ölüm hökmü” deyil! İnsanlar bu xəstəlikdən ya tam sağala, ya da 10 ildən artıq və daha çox yaşaya bilir. Azərbaycanda isə bizim səhiyyədən imdad diləyən imkansız xərçəng xəstəsinin ümidi yalnız Allaha qalır...
Bir sözlə, sadə vətəndaşla məmur arasındakı böyük uçurum onun ömrünün uzunluğunda da özünü tam və çox acınacaqlı şəkildə göstərir. Təbii ki, məmur, rəis, fəhlə, kəndli və s. olmasından asılı olmayaraq, kimsəyə vaxtsız ölüm arzulamırıq. İstədiyimiz sadəcə, bütün yazılan və yazılmayan qanunların normal, hamı üçün bərabər şəkildə işlədiyi, hamının sözün əsl mənasında yaşamaq haqqı olan(!) bir ölkəyə sahib olmaq və bu ölkədə yaşamaqdır...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Yazını bir də oxuyun... Deyəsən, müəllifin nə demək istədiyi Sizə tam aydın olmayıb. Ya da iri və oğru məmurlarla əlqəniz var). Müəllifə Mirzə Cəlil dərsi keçmək də yəqin ki, Sizlik deyil. Sərdar bəy kimdir, onu da anlamadıq. .
Çox təssüf ki, sözügedən məmurlar bu məqaləni oxumurlar. Oxusaydılar müəllifin məqaləsinə şaqqanaq çəkib gülərdilər və "Əəə bunu o nətəhər fikirləşib tapıb?" deyərdilər və "Molodes" şirması ilə mükafatlandırardılar.
Bizim jurnalustlere meslehet görerdim bu seneti kamil bilmek üçün Dahi Mirze Celile rez tez müraciet edib jurnalustikanın ınceliklerini öyrensinler ,nemurların çox yaşamamadı kimi ciliz meselekerle meşğul olmasınkar azından ayıbdlr.Serdar beyin ise heç caxt bele seviyyesiz yazısı olmamışdı ,çix teessüf edirem.
Prezident aparatında və nazirliklər arasında (nazir və müavinləri),İcra başçıları a daxik olmaqla kimlərin bir tərəfi erməni olduğunu araşdıran varmı? Onlar necə. hansı əsasla və maraqla belə yüksək postlara təyin edilir?,
Hal-hazlrda yüksək vəzifələrə təyin olunanların nəslinin (baba.nənə )həyat tarixini incələyən olsa bir çox mətləblərin üstü açılar və Azərbaycanı uzun müddətdir kimlərin idarə etdiyi ortaya çıxar. Ancaq bunu etməyə istək və arzunun ciddi olması gərəkir.O zaman Azrbaycan-türk millətinin əzabla yaamalarına cavab tapılmış olar.
Günün mövzusu. Mövzu o qədər aktualdır ki, bu barədə çox səbəblər göstərmək olar. Amma əsas səbəblərdən biri və birincisi, bəli müəlifin də qüyd etdiyi kimi, "Sadə insanımız mağazalarda üzərində “endirim” yazılan, tərkibi heç Allaha da məlum olmayan xəstəlik mənbəyi kolbasa-sosiska, “broyler toyuğu”, bitki yağı adı altında satılan amma özü sürtkü yağlarından az fərqlənən sarı maye, “inəkdən xəbəri olmayan” kərə yağı, geni dəyişdirilmiş tərəvəz, meyvə, apteklərdə isə bahalı dərmanın “əvəzedicisi”ni, yəni, daha ucuzunu və keyfiyyətsizini axtarır. Çünki imkanı yalnız bunlara çatır" Hansı ki, hökümətin həmin "məhsullara" nəzarət edən və istehlakçıların hüquqlarının qorunması ilə bağlı qrumları var, amma nə yazıq ki, fəaliyyətləri yoxdur. İkinci bir tərəfdən ölkədə tibbi sosial vəziyyət də göz qabağında. Bu sahədə inkişafa insanlar o vaxt şahid olacaqlar ki, iri ranqlı məmurlar başları arğıyan kimi, müalicəyə xaricə qaçmayacaqlar. Hansı ki, Ölkədə səhiyyənin inkişafı ilə bağlı Dövlət Başçısı kifayyət qədər fərmanlar verib və tibb müəssisələrini ən yüksək müasir avadanlıqlarla təmin etdirib. Nəticə isə yoxdu. Hələ ölkəyə gətirilən keyfiyyətsiz dərmanları demirik. Görəsən Hökümətin başında duranların Konstitusiyanın bu baddələrindən xəbərləri var. Maddə 12. I. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Maddə 16. I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Lütfən hakimiyyətin mənbəyi xalqdır deyib, bunu da ana yasanın birinci maddəsində hamılıqla qəbul etmişiksə, gəlin ana yasamıza hörmət edib, təkcə Ramizləri, Hacıbalaları, Poladları yox, xalqı da yaşadaq. Çünki, xalq həm də bizim milli sərvətimizdir axı.
Yazı yaxşıdır, ....Bu izah etdiyiniz bir çox mənəvi xəstəliklərin əsas səbəblərindən biri də Marksizm-Leninizm fəlsəfəsinin təsiri ilə formalaşmış Allaha qarşı sayğısızlıqdır.
Nə mənası var bu yazının.Nə dəyişəcək bununla. Həmin məmurlar da elə öz keflərində olacaq.Atamın 12 il dövlət qulluqçusu statusu var idi Pensiya çıxan anda qanunu dəyişib minimum 15 il elədilər. Kişiyə 500 manatdan yuxarı pensiya hesablamışdılar amma 226 AZN DSMF təsdiqlədi.45 il stajına.
Hörmətli Cəlal müəllim, bu müəmmanın sirri dünyəvi elmlərlə açıla bilən sirr deyil. David Rokfeller 102 yaşında_köpəkləyərək, insanlıq simasını itirəndən sonra öldü. "Tak şto" buraxın qurdla qiyamətə qalsınlar. Əsas məsələ Qiyamət gözünə döndüyüm gələndən sonra başlayacaq.
Məndə məmur olmaq istərdim amma xalqın tələblərinə hay verən məmur , mənim siyasi fəaliyyətim məmurları məyus edərdi, ancaq xalqı razı salardı. Vasili şamkirski
Bu yazı bir anekdotu yada saldı Bir qadnı uşağı ilə rəfiqəsi gilə bir neçə günlük qonaq gəlir.Bir neçə gündən sonra rəfiqəsi qadından soruşur.Bacı Sizin uşaq xəstə deyil ki? Qadın sorur ki.nə olub?Rəfiqəsi deyir ki,bu uçaq hər gün yatağı bulayır.Qadın cavabında: Nə qədər o iti pilləkana bağlamısınız uşaq yerini batıracaq.İndi Sizin yazınız da bir az buna bənzəyir.Müəllimi.mühənsidi,həkimi 60-65 yaşdan pensiyaya məcburi göndərən hökumət bunları niyə pensiyaya göndərmir?Ba.məsələ bundadır.Hansına ehtiyac var?Onların aldıqları rüşvətlə,oğurlaıqları ilə maraqlanan var?
Çox yaxşı məqalədir