Menu

"Silahlar Ermənistandan gəlirdi" - Bako Sahakyandan etiraf

10.03.2025, 17:26
"Silahlar Ermənistandan gəlirdi" - Bako Sahakyandan etiraf

Qarabağda silahlanma haqqında ilk çağırış mitinqlərdə oldu.

"Report" xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.

O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib: “Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Şərhlər

Cəmşid Dərələyəzli 2025-03-10 18:09:20

Bu zad bu iclasda həm də deyib ki, Böyük Ermənistan onun üçün bir nağıl olub və o buna heç vaxt ciddi yanaşmayıb.Əslində yalan deyir. Hansı ki, 1988-ci ildə Moskovanın dəstəyindən eyfariyaya qapılan ermənilər üçün bu nağıl deyildi. O zaman bu onlar üçün bir yol xəritəsi idi. İndi quyruğu qapı arasında qalan bu kərəzin o ideyanı nağıl adlandırması inandırıcı gəlmir. Əslində bunun kimilər həmin dövrdə o ideyadan ruhlanaraq Qarbağ mücadiləsinə qoşulmuşdular. Hansı ki, bu alçaqlar 1988-ci ildə Sumqayıt hadisələrini törədib, özlərinin yüz illik planlarının gerçəkləşməsinə start verdilər. Uzun illər bu ideyanın ideoloqları "Ermənistanda" hazırlaşmışdılar. Onlar həmin dövrdə bütün şəhər və kəndlərdə başladılar erməni qızlarının üst -başını cırıb, baldırları aşağı qırmızı boya ilə rəngləyib (güya Sumqayıtda azərbaycanlılar zorlayıblar), çıxardılar səhnələrə başladılar yerli camatı qızışdırıb, saldılar azərbaycanlılar yaşayan kəndlərin üzərinə. Sonrası da məlumdur. Hələ o zaman, yəni 1988-ci ilin may ayında rayonda Birinci Katibin kabinetindəki divardan asılan xəritədə gözlərimlə gördüşdüm. Ki, xəritənin üzərində qara boya ilə böyük bir dairə cızıb, içərisinə yazmışdılar "Velikaya Armenia" (böyük "ermənistan"). Dairənin içərisinə isə salmışdılar Qarabağ Kürə kimi, Naxçıvan, Terkiyənin Van və Sarıqamış vilatətləri və Gürcüstanın da bir hissəsini, yəni dəniuzdən -dənizə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol