Menu

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.03.2025, 13:17
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin qiymətlərində müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, ucuzlaşma isə əsasən mal ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, göyərtinin, brokkolinin, şirin bibərin qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, yumşaq mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə qış geyimlərinin, kəsilmiş taxtaların, parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,9 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, fotoatelye və tibbi xidmətlərin, ucuzlaşma isə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Şərhlər

Müəllim 2025-03-12 17:10:03

Görəsən bu Komitə məlumatları verərkn ölkədən.bazardan,marketlərdən xəbəri olur?Mal əti necə ucuzlaşıb və harada görüblər.Göyərtinin bağlamasına və qiymətinə baxıblar? Malların keyfiyyətlərini seçə biliblər?Axı belə yalan statistika ilə ölkə iarə olunmaz,əhalinin yaşamını ağırlaşdırmaq,yaıan rəqəmlərlə maaş.pensiyaların artım faizlərini uyğunsuz etmək cinayətdir.Nə qədər Statistika idarəsi yalanla ölkə əhalisinə hakimiyyətin zülm etməsini əsaslandırmaqla məşğul olacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol