ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Vladimir Putinlə görüşüb və artıq Amerikaya qayıdır.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts “Fox News” telekanalında bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna rəsmiləri ilə keçirdiyi son görüşdən və Putinin döyüşləri dayandırmaq üçün şərtləri açıqlamasından sonra “ehtiyatlı nikbindir”.
Uolts əlavə edib ki, Tramp Uitkoffun Rusiyadakı danışıqların nəticələri barədə ona məlumat verdikdən sonra əlavə qərarlar verəcək: "Mən orada (Moskvada) olan həmkarım, xüsusi elçi Uitkoff ilə danışdım, o, bizə qiymətləndirmələr gətirir. Ona görə də Prezident Tramp gələcək addımlar barədə qərar verəcək. Təbii ki, hər iki tərəfin öz tələbləri var və təbii ki, hər iki tərəf müəyyən kompromislərə getməli olacaq".
“AzPolitika.info”
***
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvadan uçub.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Nəşrin təqdim etdiyi kadrlarda diplomatın kortejinin Moskvanın Vnukovo hava limanına daxil olduğunu görmək olar.
Uitkoff Moskvadakı Amerika səfirliyini ziyarət edib. O, orada təxminən bir saat qalıb, əvvəllər qeyd edildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ilə görüşü gözləyib. Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov qeyd edib ki, görüş Putinin “siqnalı” ilə keçiriləcək.
“Prezident Uitkoff ilə danışıqlara başlayacağı barədə siqnal verəndə, onu Kremlə çağıracaqlar və o, prezidentlə görüşəcək”, – deyə TASS daha əvvəl Uşakovdan sitat gətirib
Görüşün keçirilməsi barədə məlumat daxil olmayıb.


Şərhlər