Məlum olduğu kimi, son zamanlar kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev mətbuata açıqlamalarında Azərbaycandakı rus məktəblərinin və rus dilinin təbliğinin, tədrisinin “alovlu tərəfdarı” kimi çıxış edir. Türk dilini Azərbaycan üçün daha təhlükəli hesab edən Salayev sənətkar kimi formalaşmasında özünün rus dilli olmasının böyük rolunun olduğunu qeyd edib və rus dilini müdafiə edən bir çox digər “arqumentlər” gətirib.
“AzPolitika” xəbər verir ki, tanınmış yazar Şərif Ağayar öz sosial şəbəkə hesabında Ayaz Salayevlə bağlı maraqlı paylaşım edib. Orada deyilir:
“Ayaz Salayevi çox yaxşı başa düşürəm, adamın rus dilindən başqa heç nəyi yoxdur.
Ciddi film: Yox
Ciddi ssenari: Yox
Ciddi bir dərslik kitabı: Yox
Müasir kino haqda bilgiləri: Yox.
Camaatın inqilab elədiyi yaşda apardığı verilişin də adı "Retro" idi. İndiyə retro qalar…? Netflix əsrindəyik e... Əlində ortabab bir planşet gir internetə hər saat üçün ayrıca bir "Retro" verilişi tap. Həm də sovet efirindən qat-qat üstün, qat-qat keyfiyyətli, qat-qat azad, qat-qat səmimi...
Filmlər haqqında nəinki sənədli, hətta bədii filmlər çəkilir.
Ən dəhşətlisi, Ayaz müəllimin Kino Təəssübkeşliyi, Səmimi Sənət Sevgisi də yoxdur ki, ona sığınıb təskinlik tapsın. O, Andrey Tarkovski, Pozalini, Paracanov kimi fədakar şəxsiyyətlər yetirən kino sənəti ilə ləyaqətli münasibətini Əli Həsənovun fitvası ilə Rüstəm İbrahimbəyovdan 30-cu illər donosu yazanda itirdi.
İndi o yalnız iki şeyi bacarır: yaxşı yemək yemək və boş-boş danışmaq...
Xülasə, rus dilini, rus dili mövzusunu Ayaz Salayevin əlindən al, iynə dəymiş şar kimi partalayacaq və ortada yaxşı qoxu gəlməyən havadan başqa heç nə qalmayacaq”.
“AzPolitika.info”

Şərhlər
çox dil bilməyin insana ancaq faydası var
Reşad bey rusun kim olduğunu deqiq bilmek üçğn 1898- ci il “Большая Россойская Энциклопедия» nı tapın ve orada “Сифилис» adlı elmı meqalenı oxuyun ve bilin ki rus müellifler özlerine ne qıymet verşbler.Tapa bilmeseniz men kömek ede bilerem.
Bir yazıçıya yaraşmayan üslubda məqaləsini qələmə alıb. Ayaz Salayevin lehinə deyiləm. Amma adam öz mövqeyini bildirib. Amma bu adını da bilmədiyim yazıçı pis formada özünü ifadə edib....
Bizdən fərqli olaraq, qonşularımız gürcü və ermənilər bu problemi yaşamırlar və mən 100% əminəm ki, gürcü və ermənilər ailələrində və ya 2-3 nəfər öz millətindən olan yerdə başqa dildə danışmazlar...bir sözlə öz dilində, xüsusilə rayon ləhcəsində danışanlara ÇUŞKA deyən və öz aralarında rus dilində danışan və bunu fəxr bilən, bir sözlə zəif bənd bizik...
Pozalini yox, baş bilici, Pazolini
Salayevin sevdiyi rusun məşhur pedaqoqu Yan Amos Kamenski deyir ki bir adam uzune nə qədər vətənrərvərlik maskası taxsa da mənsub olduğu deyil dilinde danşdıgı xalqin təəssübünü cəkəcək
BElİii (( iyrenc insan
Ayaz salayev və onun kimi rustərəfdarları bu millətin düşmənidir, desək, yanılmarıq məncə, bu adam ağzında danışığını Azərbaycan dilində ifadə etməyə çoox böyük çətinlik çəkən bir dırnaq arası rejissordumu, aparıcıdırmı, nə bilim, hər nəyisə, belələri Azərbaycan xalqına qənimdir, Azərbaycanı və Azərbaycandilini, Azərbaycanlıları sevmir və onlara qarşı bağlı üsyan yürüdür, desək doğru olar məncə
AYAZ SALAYEV İSTƏYİR Kİ AZƏRBAYCANDA HAMI ONUN AİLƏSİ KİMİ RUS DİLİNDƏ DANIŞSIN ONA RUS DİLLİ OLDUĞU ÜÇÜN YAXŞI VƏZİFƏ VERSİNLƏR VƏ S..SİZİN YAZDIQLARINIZ TAM DOĞRUDUR.
superrrrr
Bəs bu "yazar" adlanan zatın özünün nəyi var, onu guya tanınmış edən nədir? Boşboğazlıq??? Mən də Ayazın fikirləri ilə razı deyiləm, amma bu qədər kin torbası olmaq da doğru deyil.