Menu

"Manata hələ təhlükə yoxdur"

16.12.2014, 17:14

qubad ibadogluDünya bazarında neftin ucuzlaşması bəzi ölkələrdə milli valyutaları dəyərdən salır. İqtisadçı alim Qubad İbadoğlu “Media forum”a deyib ki, Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatlıq yardır:

“Bunun başlıca səbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə rejimində idarə olunmasıdır. Yəni məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlayır, daimi olaraq valyuta bazarına müdaxilə edir.

Statistik məlumatlara görə, Mərkəzi Bank 2010-cu ildə 1 milyard 385 milyon, 2011-ci ildə 4 milyard 153 milyon, 2012-ci ildə 1 milyard 584 milyon, 2013-cü ildə 2 milyard 457 milyon, 2014-cü ilin 9 ayında isə 1milyard 204 milyon dollar məbləğində alış həyata keçirib.

Hazırda və yaxın gələcəkdə nə baş verə bilər? Fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması riski ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, tədiyyə balansının kəsiri şəraitində fəallaşa bilər. Son statistik məlumatlara görə, xam neftin dünya bazarında ucuzlaşması müşahidə olunsa da, ölkənin tədiyyə balansında profisit qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir. Mərkəzi Bank isə məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün bazarda xarici valyuta alır. Odur ki, yaxın gələcəkdə təzyiqlər artsa da, manatın məzənnəsi ilə bağlı təhlükə gözlənilmir. Amma yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını tənzimləmək üçün hansı alətlərdən istifadə etməsindən asılıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol