Menu

Birjalarda qızıl bahalaşmaqda davam edir

15.03.2025, 12:09
Birjalarda qızıl bahalaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,37% artaraq 34,43 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol