Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.
Millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.
Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.
O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.
Siyavuş Novruzov məlumatı təsdiq edib. (manset.az)


Şərhlər
Deyir, arığın nə işi vardı qoruqda ki, vurub qılçını sındırırdılar? Bunun nə işi vardı idman zalında? Bunun idman edən vaxtıdır? Kasıb təbəqədən fərqli olaraq bizim pulu sonradan görmüş "elitar təbəqə" elə bilir ki, idman etməklə gəncləşəcək, dünyanın ləzzətini çəkməkdə davam edəcəklər. Bunlara deyən yoxdur ki, nağarsaz da xeyri yoxdur və olmayacaq. Əcəl idman-midman hərləmir.
Zalım oğlu nə iş görsə, nə danışsa bir qəmbərqulusu çıxır. Nə deputatlığı bir qəpiyə dəyməz, nə danışığı. İdmanı belə düz-əməlli edə bilmir....