Menu

Gədəbəydə qar uçqununda həlak olmuş əsgər dəfn edilib - Yenilənib

22.03.2025, 12:41
Gədəbəydə qar uçqununda həlak olmuş əsgər dəfn edilib - Yenilənib

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, 2005- ci il təvəllüdlü Həmidov Rüstəm vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.


***

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla Bərdədə vida mərasimi keçirilib.

“Report”un Qarabağ bürosu xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol