Menu

Urmiyədə İran rejimi və kürd terrorizminə qarşı kütləvi etirazlar - VİDEO

23.03.2025, 18:53
Urmiyədə İran rejimi və kürd terrorizminə qarşı kütləvi etirazlar - VİDEO

Urmudakı kürd terror qruplarının tərəfdarlarının siyasi mitinqlər keçirməsindən sonra, son günlər Urmuda çox sayda vətəndaş, vətəndaş fəalları və media qurumları Urmu sakinlərini şənbə günü səhər saatlarında şəhərin Əyalət Meydanına gəlməyə və hökumətin dini mərasimini Azərbaycanı müdafiə etmək üçün aksiyaya çevirməyə çağırıblar.

Günaz TV  xəbər verir ki,, nəticədə bu səhər yüz minlərlə Urmu sakini "Bu torpaqdan pay olmaz, Urmu Kurdüstan olmaz", "Urmu türkündür, türkün qalacaq", "Başqaları yalandır, Urmmu Azərbaycandır”, “Şəhidlər ölməz Vətən bölunməz;" kimi şüarlar səsləndirərək küçələrə axışıb.

Aksiya iştirakçıları, həmçinin “Təbriz, Zəncan, Ərdəbil Bu Səs Urmudan Gəlir”, "Azərbaycan var olsun istəməyən kor olsun”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” və “Haray Haray mən Türkəm”daxil olmaqla, digər milli şüarları da səsləndirdilər; bununla yanaşı bir çox etirazçı əllərində bənzər şüarlar yazılmış plakatlar da qaldırıblar.

İştirakçıların çoxluğu səbəbindən İmam küçəsi, Ətaii küçəsi, Dövlət Meydanı və ətraf küçələr insanlarla dolmuşdu. Rejiminin qüvvələri də səsgücləndiricilərin səsini qaldıraraq, xalqı maraqlandırmayan məsələləri gündəmə gətirməklə Urmu xalqının şüar və tələblərini boğmağa çalışsalar da, sıx izdiham və Urmu xalqının birliyi və gur nidaları səbəbindən buna nail ola bilmədilər.

Şərhlər

Vətəndaş 2025-03-24 09:33:22

Allah millətimizə köməy olsun. Qara buludlar millətimizin üstündən yox olsun, Cənublu şimallı

Vətəndaş 2025-03-23 21:27:46

Allah millətimizə köməy olsun. Qara buludlar millətimizin üstündən yox olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol