Bütün gurultulu bəyanatlara baxmayaraq, neftdən asılılığını saxlayan və qeyri-neft sektoru yerində sayan Azərbaycann iqtisadiyyatının göstəriciləri artıq həyəcan təbili çalmağa əsaslar verir. Hökumətin qeyri-neft sektorunda lazımi inkişafa nail ola bilməməsi fonunda neft hjasilatınınvə dünyada neft qiymətləırinin azalması da ölkəmiz üçün riskləri xeyli artırır.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı paylaşım edib və Azərbaycanın keçmiş SSRİ respublikaları ilə xarici ticarət saldosundakı acınacaqlı vəziyyəti əks etdirib: “Azərbaycanın əsas ixrac məhsulunun neft-qaz, neft məhsulları olduğunu artıq hamımız bilirik. Onu da demək lazımdır ki, Azərbaycan post-sovet ölkələrinə (Gürcüstan xaric) neft-qaz satmır, və ya, az həcmli neft məhsulları satır.
2025-ci ilin yanvar-fevral ayları ilə bağlı idxal-ixrac rəqəmləri açıqlanıb, mənzərəni sizə göstərim, görün ölkə iqtisadiyyatı nə gündədir: 1) Rusiya – ixracımız cəmi 151 mln. dollar olub, Rusiyadan ölkəyə ixrac 847 mln. dollar, 2) Qazaxıstan – ixrac 12,2 mln. dollar olub, idxal 59,7 mln. dollar, 3) Belarus – ixrac 10,7 mln. dollar, idxal 55,6 mln. dollar, 4) Özbəkistan – 5,5 mln. dollar ixrac, idxal 59,5 mln. dollar (qeyd edim ki, Özbəkistanın bizim ölkəyə ixracı 2024-cü ilin ilk 2 ayı ilə müqaisədə 3 dəfə (!!!) artıb), 5) Türkmənistan – ixrac 6,7 mln. dollar, idxal 43,8 mln. dollar, 6) Qırğızıstan – ixrac 800 min (bəli, min) dolar, idxal 2 mln. dollara yaxın.
Mənzərə belədir, postsovet ölkələrinə ticarət saldosunda 6-0 uduzuruq, postsovet ölkələrinə heç nə istehsal edib sata bilmirik, neft-qaz ayıbımızı ümumən örtür, amma neft hasilatı və qiyməti düşür, qaz gəliri neft gəlirini əvəz edə bilmir və bilməyəcək, deməli, bir müddət sonra ayıb yerlərimiz çöldə qalacaq, neft-qaz o yerləri örtə bilməyəcək.
İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır, iqtisadi komandanın isə heç vecinə də deyil, rəqəmsiz, sübutsuz danışırlar, istənilən statistika isə özlərinə qarşı olur, sözlərini boşa çıxardır. Çünki, iqtisadiyyatda bəyanatlar deyil də, rəqəmlərin dili önəmlidir...”
“AzPolitika.info”

Şərhlər
Hər hansı idarə dövlət-vətəndaş üçün də nə edirsə, onunla məsləhətsiz iflas olmasa da, səmərəsiz yekunlaşır? Ən anlaqsız iş isə dünənki ümumxalq (sosializm) liderlərin yeni özəl dövrdə birdən on minə qədər kollektivlərdən çəkinib, konsensuz yeni özəl nələrsə formalaşdırma cəhdləridir? Elə olsun yüzlərlə il işləyən maşınqayırma dəzgahlarının məhvi digər baxımdan hərbi işğala yardım kimi bir fars deyildimi?
İri sənaye müəsisələrini vəhşisəinə dağıdıb ərazilərni özəlləşdirən,yerində xarabalıq yaradan dövlətin sənaye inkişafından danışması absurddur.Xırda özəl kiçik.kustar istrhsal sahələrini inkişaf hesab etmək isə ayıbdır.Ölkənin 1990-cı ilə olqn sənayesi qəsdən,bilərəkdən batırıldı.İmportdan asılı vəziyyətə gətirildi.Hanı maşınqayırma.tekstil,soyuducu,kindisioner.qaz aparatları,və sair zavod.fabrik.kombinatlar?Bu ölkəyə qəsdin nəticəsi oldu.Buna varvarlıq da demək olar.Kim və niyə bunları etdi?Bax bu ciddi məsələdir.
Postsover ölkələri ölkəsi və xalqı ilə məşğulur.Bizimkilər şəxsi biznesləri ilə!
Çox sağ olun Natiq müəllim. Kaş ki, səlahiyyətli şəxslər sizi dinləyib nəticə çıxaraydılar. Təhlilləriniz təqdirəlayiqdir!
Sovet dövründə yüzdən çox təsərrüfatlı kolxoz məhsulları, yüzlərlə adda sənaye ixrac məhsulları nəzarətdə saxlanırdı? Postsovet dövlətimiz də idxal-ixrac saldosunu, xəzinədarlığı nəzarətdə saxlamaqla 2012ci ildən yüksək dünyəvi reytinq qazanmasına Bakı-Abşeron əyani nümunədir! İdxalın ixracı üstələməsi isə istehsalçı deyil, yalnız istemalçı göstərgisidir?