Vaxtilə Azərbaycanın ən böyük nominallarından sayılan 50 min manatlıq əskinas bu gün də dəyərini saxlayır.
"AzPolitika" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə gənc numizmat Fərha M. fikirlərini bölüşüb.
O bildirib ki, bu əskinas ilk dəfə 1996-cı ildə tədavülə buraxılıb və 2006-cı ilə qədər dövriyyədə olub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetrdir. Milli Bankın sifarişi ilə 1995-ci ildə İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilib.
Əsas rəngi yaşıl olan əskinasın ön tərəfində Naxçıvan memarlığının məşhur abidəsi – Möminə Xatun türbəsinin təsviri, arxa tərəfində isə milli ornamentlərlə bəzədilmiş çərçivədə nominal dəyəri həm rəqəmlə, həm də sözlə göstərilib.
Onu da qeyd edək ki, Azərbaycan əskinaslarında ilk dəfə məhz 5 min manatlıq əskinasda seriya nömrələri iki fərqli rəngdə verilib: solda qırmızı, sağda isə qara.
Bəs bu əskinas hazırda nə qədər qiymətləndirilir?
Ölkə daxilində kolleksiyaçılar arasında qiymət əskinasın vəziyyətindən asılı olaraq dəyişir. Dövriyyədə olmuş, orta və yaxşı vəziyyətdə olan nümunələr təxminən 15-20 manata satılır.
Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə 140-160 manat arasında dəyişə bilər. AA, AC və BA prefiksli, eləcə də qeyri-adi seriya nömrələrinə malik əskinasların qiyməti daha yüksək ola bilər.
Xaricdə, xüsusilə onlayn hərraclarda isə qiymətlər daha yüksəkdir. Məsələn, dövriyyədə olmamış 1995-ci il nümunələrindən biri iyunun 21-də “eBay” hərracında 149 dollara, yəni təxminən 253 manata satılıb.



Şərhlər
Bir şərh, ölkəmizdə əskinasın buraxılma və saxlanma vəziyyətini daha dəqiq müəyyən edə bilən mütəxəssislər var. Kremlin SSRİni buraxmasına marağımız da əsas deyil? Bəs, təkrarən müstəqil dövlətimizin ilkin milli əskinasları və istiqrazları eləcə tez dəyişdirildi?
Ayıblar olsun
Bu cür səhv məlumat yaymaq doğru deyil. Azərbaycanda kifayət qədər bonistika ilə məşgul olan mütəxəsislər var. Onlar bu məsələdə daha doğru məlumat verə bilər. Ebay və ya digər satış auksionlarında qiymət bahalılıgın digər faktorlar artıra bilir: seriyası, nömrənin radar olması, əskinasın dövriyyəyə buraxılma sayı, saxlanma vəziyyəti və s.