ABŞ-nin yüksək səviyyəli rəsmilərinin şəxsi məlumatları internetə sızıb

ABŞ prezidenti Donald Trampın ən yaxın müşavirlərindən bəzilərinin məlumatları internetə sızıb.
APA xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Hesabata ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və müdafiə naziri Pit Heqset də daxil edilib.
Bildirilib ki,onların internetdə açıq şəkildə telefon nömrələri, e-poçt ünvanları və hətta parollarını tapmaq mümkündür.
Bu məlumatlar Ağ Evin yüksək rütbəli məmurlarının Yəməndəki Husilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatlarını müzakirə etdiyi vaxtda açıqlanıb.
Qeyd edilib ki, ABŞ-nin The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq, yanlışlıqla “Signal” qrupuna əlavə edilib və burada Yəməndəki Hutilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatları yüksək təhlükəsizlik rəsmiləri tərəfindən müzakirə edilib.
Şərhlər
Doğulan andan canlı bəndə dəfninə qədər cəmiyyətin (ətraf aləmin) gözləri önündə olduğu üçün nəyisə gizlətmək faydalı və ya ziyanlıdırmı? 1987ci ildən başlanan erməni-daşnaq hərbi-genosid cinayəti separat(məxfi) qriflə davam etdirilsə də çox keçmədən tam məxfi-özəlmi (yeni düzənə) bölüşməni (sövdələşməni) referendum açıqlamadımı? *Örtülü Bazar, bütün dostluqları pozur?*