Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan qarşısında kapitulyasiyaya görə məsuliyyətin onun yox, ondan əvvəlki Ermənistan rəhbərlərinin üzərində olduğunu deyir.
“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentində çıxış edən Paşinyan onu hədəfə alan sabiq prezidentlər - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı təhdid edib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan qarşısında kapitulyasiyası hələ o hakimiyyətə gəlməzdən öncə qaçılmaz idi.
Baş nazir deyib ki, dəfələrlə onların hər üçünü canlı debata çağırsa da, qorxaqlıqlarından gəlmirlər. Əvəzində öz yaxın qohum-əqrəbalarını efirlərə, mətbuata çıxarıb onu söydürürlər (Maraqlıdır ki, Paşinyan həmin qohumları sadalayarkən, Azərbaycan dilində “bacanaq” sözündən istifadə edib).
Paşinyan keçmiş prezidentləri ya debata çıxmağa, ya da səslərini kəsməyə çağırıb. O deyib ki, canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara sürtəcək”: "Amma bu üç "düşüncə nəhəngi" deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Lakin sonra da övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa sözünüz yoxdursa, yerinizdə oturun və səsinizi kəsin. Yox, varsa, gəlin danışaq. Mən sizinlə nəinki danışacam, sizi divara sürtəcəm! Sonra oradan sizin siyasi leşinizin qalıqlarını çıxaracaqlar. Bəsdir əsəblərimizlə oynadınız. Bu, hər üçünüzə aiddir! Sizi tapdalayaram. Onlar bunu bilirlər. Buna görə də gəlmirlər…”
“AzPolitika.info”

Şərhlər
Paşinyan əslində düz deyir. Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan üçlüyü təkcə ermənilərin yox, regonun üz qaralarıdır. Adama deyerler, önce öz bednam və faşist təxayülünüzlə və bir də zamanında köpeklik etdiyiniz ağalarınızın sözləri ilə öz ölkənizə və qonşu dövlətlərə vurduğunuz sağalmaz yaralardan danışın. Regoon Türkləri ilə, xüsusən də bizimlə ermənilər arasında pis yaxşı formalaşmış 70 ilik müsbet tendensiyanı darma-dağın edib, bölgəni fəlakətə sürüklədiniz. Hayla da sürüklemek peşindesiniz. Ama, başaraymayacaksınız. Siz bütün bu iyrənc əməllərinizə görə öncə öz xalqınız qarşısında, sonra da regoon xalqları qarşısında cavab verməlisiniz. Ona görə də Paşinyan qorxmadan çəkinmədən bu köpəklərin "Ermənistan"da ya tarixi məhkəməsini keçirtməlidir ya da hər üçünü Azərbaycana etdikləri qarşılığında Azərbaycana təhvil verməlidir.
Sen ol pasikin beyni conub..Pasik sen gel o ograslarin + Vitali Balasanyani da elave eleyib ucu birinde paketleyib ver Azerbaycana tehvil .Qoy o Xocali qatillerinin de edalet muhakimesine cixaraq .Nece deyerler hem senin de basin sakit olacaq o alcaqlar da oz cezalarini mehkeme terefinden alacaqlar ..Pasik bunu etsen inan daha senin ayagina ne serjik , ne de robik ve yaxud da ki o biri gede vova ilismeyecek ..Pasik bax gor neyleyirsen ..Onlar da mutleq mihakime olunnmalidir.Onkarin eli Azerbaycan xalqinin qanina batib....