“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
APA xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Yasamal rayonunda qanunsuz söküntü işləri
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.
Söküntünün qanunsuz olduğu müəyyən edilib
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda qeyd olunub.
Tikinti şirkətinin əməkdaşları saxlanılıb
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Araşdırma aparılır.
Söküntü zamanı tibbi yardıma müraciət edilib
TƏBİB-dən isə bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb.
"Bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib", - məlumatda deyilib.

Şərhlər
veli-yə: Bir az insaflı olaq. Melissa-nın inşaatında keyfiyyətə söz ola bilməz. Özümüz almışıq və görmüşük.
Adamın .... arxa var.Ona kim nə edəcək?Boş,cəfəngiyyat yazılardır.Adamları aldatmaqdır ki.guya ölkədə bəzi adamlara da qanun tətbiq edilə bilər.Buna kim inanacaq?Aldatmacalar yazılır kİ.guya ölkədə qanun hamıya eyni tətbiq olunur.
Millət illər boyudur bağırıb göz yaşı tökür ki, bir adam olun. Bir bizi də dinləyin. Arxalı köpəkləriniz evimizi baımıza uçurur. Qudurtduğunuz quduzlarınızın ipini çəkin. Niyə bu problem illərdir çözülllmür? Niyə bu tikinti şirkətləri hesaba çəkilmir? Niyə bu quduzlar heç kimdən qorxmur? Niyə onlar bu qədər ürüyüb artıbl? Bunların yiyəsi kimdir? Kimə deyək? Ölkəmizdən çıxıb hara gedək?
Nə olsun.Qaloçka üçün yazdılar ki.tutdular.Bəs sonra?Adə,adamın adamı DİN-dən böyükdür.Tutdular.bağışla deyib .üzr istəyib buraxacaqlar.
Kimin day dayı varsa .Nə istəsə edə bilər əsas pulun olsun day day olsun kef elə.
Xəbərin başlığındakı adam haqda xəbərin özündə bir kəlmə belə yoxdur. Eşit inanma. Bu da növbəti nağıldı. Həqiqət xəbərin tərkibindədir - eskavator sürücüsü saxlanıldı...
bu ne demekdi bu ne ozbasnaliqdi Qlib o qeder pullanib ki insanlari bir heserat gozunde gorur yaqin men burdan huquq muhafize orqanlarina basda ceneb eyvazov olmaqla tesekkurumu bildirirem tikdiyi binalar keyfiyyetsiz her ay yalannan pul yigmalar umumiyyetle melisani baykot etmek lazimdir