Şirkət daha əvvəl də sakinlərin evini başlarına uçurub
Məlum olduğu kimi, sosial mediada və mətbuatda Yasamal rayonu Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Ölkədə ciddi əks-səda doğuran bu hadisədən sonra iş icraçısı və ekskavator sürücüsü həbs olunub. Ancaq məlum məsələdir ki, belə açıq cinayət əməlləri, özbaşınalıqlar “prorab” və sürücü səviyyəsində törədiləcək əməllər deyil. Sözsüz ki, şirkət rəhbərinin birbaşa əmri, göstərişi olmadan bu cür söküntü aparıla bilməzdi. Bu baxımdan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun saxlanılması zəruri idi. DİN artıq onun saxlanılması barədə məlumat yayıb.
“AzPolitika” xəbər verir ki, bundan öncə də “Melissa Group” Yasamal sakinlərinin evlərini başlarına uçurub. Söhbət yenə Yasamal rayonu, Alatava-1 adlanan ərazidən gedir. Bu hadisə də Novruz bayramı günlərində baş verib. Hətta bu barədə telekanallarda süjet də gedib. Lakin görünür, həmin vaxt şirkətə qarşı hər hansı tədbir görülməməsindən və cəzasızlıq mühitindən faydalanan şirkət rəhbərliyi eyni üsuldan təkrar istrifadə etmək qərarına gəlib.
Həmin süjeti təqdim edirik:
“AzPolitika.info”

Şərhlər
harinligin son heddi hec olmasa Allhadan qoruxun miye oz milletine bele davranirsan demek siz insanlara milcek kimi baxirsiz
Qalib Məmmədov distillə olunmuş suyu da ehtiyatla içən, qoy-götürünü dəqiq bilən iş adamıdır. Mən inanmıram ki, o cür qəlbi kövrək insan belə bir əmələ qol qoysun... Nə isə... bu işdən başqa iy gəlir...
Danabaş kəndinin əhvalatları rubrikasından. Ona görə də təccüblü gəlmir.
Bu harınlamış şirkətlərin arxasında böyük talançı məmurlar dayanırlar
Son zamanlar bütün tikinti şirkətləri bu metoddan istifadə edir.Çünki bilirlər ki, pul verib cəzadan yan keçəcək.
Belə bir hadisə ilə mən də rastlaşmışam. Belə ki, Səbail rayonu, Qurban Abbasov küç bina 2 "Rahat Həyat Yaşayış Kompleksi" MTK tərəfindən 2022-ci ildə, iradəmə zidd söküldü.. NK-nin müvafik qərarına əsasən yeni tikilən binada mənzil istədim. Səbail r-n məhkəməsi bizim iddiamızı rədd etdi. Bakı Apelyasiya Məhkəməs. müzakirəni il yarım uzatdıqdan sonra yuxarıların göstərişinə əsasənmənim apelyasiya şikayətimi təmin etmədi. Bu qərar ədalətsiz və qanuna zidd idi. İndi bu qərardan Ali məhkəməyə Kassasiya şikayəti verməyə hazırlaşıram.
bir gun biri cixib sirketin rehberini traktorcunu ve is icracisini gulleleyecekdir. Azqinlasmis insanlar sizin ne ixtiyariniz var ki insanlarin xususi mulkiyyeti mehf edirsiniz bu dovletin konstitusiyasinin muddialari size aid deyil? Ay dehset sacan pullu oglan yadinda saxla ki qanuna esasen her bir sexsin oz heyatini ve mulkiyyetini qorumaq huququ var. Bir gun biri cixacaq