Menu

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

29.03.2025, 15:38
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Tairath" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bundan əlavə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb.

Qeyd olunub ki, ən çox insan - 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib. Myanmada baş verən zəlzələdən sonra Tailandda 50-dən çox afterşok qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol