ABŞ-nin Ukraynaya təklif etdiyi mineral ehtiyatlara və infrastruktura dair sazişin son versiyasının detalları məlum olub. APA-nın xəbərinə görə, sazişin detallarını “Le Monde” dərc edib.
ABŞ Ukraynanın resursları və infrastrukturu üzərində hüquq tələb edir
ABŞ faktiki Ukraynanın bütün resursları və infrastrukturu ilə bağlı hüquqların ona məxsus olmasını istəyir. Qeyd edilib ki, bundan əvvəl Vaşinqton Kiyevdən hərbi yardımlarının əvəzində 500 milyard dollar tələb edirdisə, sazişin son versiyasında məbləğ yer almır. Layihədə bildirilir ki, Ukraynanın ABŞ-yə ödəyəcəyi vəsait sonradan hesablanacaq və sazişə əlavədə əksini tapacaq. Sazişin son versiyası artıq həm də Ukraynanın bütün infrastrukturunu əhatə edir və layihədə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti əksini tapmır. Bundan əvvəl “The Daily Telegraph” yazıb ki, sazişin son versiyasında ABŞ Kiyevlə birgə yaradılacaq Fond vasitəsi ilə bu ölkənin neft və qaz ehtiyatlarının yarısına, metal resurslarına və dəmir yolu, limanlar, kəmərlər və emal zavodları da daxil olmaqla, infrastrukturun böyük hissəsinə nəzarət etmək istəyir. Vaşinqton həmin Fondun Müşahidə Şurasının 3 üzvünü təyin etmək səlahiyyətinə malik olmaq niyyətindədir.
Ukraynanın gəlirləri
Bundan əlavə, ABŞ-yə minimum 100 milyard dollar ödənilənə qədər Ukraynanın bütün gəlirlərinin Vaşinqtona verilməsi istənilir. Kiyev ABŞ-yə borcunu qaytardıqdan sonra gəlirlərin 50 faizini ala biləcək.
Ukraynanın resurslarına və infrastrukturuna nəzarət edən Fond yaradılmalıdır
Ukraynanın təbii resurslarına və infrastrukturuna nəzarət edən Fond ABŞ-nin Delaver ştatında qeydiyyatdan keçməlidir. Sazişin son versiyasına görə, Vaşinqton Ukraynanın resurslarının üçüncü ölkələr satışına veto qoymaq və bu ölkənin dövlət qurumlarının hesablarını yoxlamaq imkanına malik olmaq da istəyir.

Şərhlər
Bşr teklif vermek isteyirem:” Eger ABŞ heqiqeten Ukraynanı “özelleldirmek” isteyirse mence bizim emlak komitesinin mütexessislerini devet etseker uduzmazlar”.Axı bizim Emlak komitesi deyek ele bir qurumdür ki dünyada tayı beaberi yoxdur.Ele ABŞ mütexessisleri de bizimkilerden bilmediklerini de öyrenerler.
ABŞ-nin esas meqsedi Rusiyanı cilovlayıb minmekdir, butun bu işler Rysiyanın torpaqlarının altında ve üstünde ılan servetlerin var dövletin üstündedir ,slavyankar ise ne qeder isteseler vurula bioerker bu da ABŞ-e xeyir verecekdir.
Yetimə gəl- gəl deyən çox olur,çörək verən isə yox.