Menu

"Netanyahu Orbanla qəzzalıların köçürülməsini müzakirə edəcək" - The Times of Israel

30.03.2025, 21:02
"Netanyahu Orbanla qəzzalıların köçürülməsini müzakirə edəcək" - The Times of Israel

İsrailin baş naziri Benyamin Netanyahu Macarıstanın baş naziri Viktor Orban ilə Qəzza sakinlərinin könüllü mühacirət planını müzakirə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Netanyahu gələn həftəyə planlaşdırılan Budapeştə səfəri zamanı Orbanla bu mövzunu müzakirə etmək niyyətindədir.

Qəzet qeyd edib ki, İsrailin baş naziri bu məsələdə macar həmkarının dəstəyini almağa ümid edir. Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza planını dəstəkləmək üçün mümkün qədər çox ölkədən ibarət koalisiya yaratmağa çalışır.

Martın 30-da Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında İsrailin Trampın fələstinlilərin Qəzzadan köçürülməsi ideyasına sadiq olduğunu təkrarlayıb. O, bu qərarı İsrail tərəfinin anklavda münaqişənin həlli ilə bağlı danışıqlar üçün irəli sürdüyü şərtlər arasında adlandırıb.

Şərhlər

Elman 2025-03-30 23:06:31

Orbanın Qəzza ilə,Netanyahu ilə nə əlaqəsi?Məgər Macarıstanda problem yoxdir,o işini buraxıb Qəzza ilə məşğuldur?Orban çox şübhəli tipdir.Çox da Putini müdafiə edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol