Menu

Ukrayna Trampa “yox” deyir - Sorğunun nəticələri

01.04.2025, 15:03
Ukrayna Trampa “yox” deyir - Sorğunun nəticələri

Ukraynalıların böyük əksəriyyəti Donald Trampın prezidentliyi dövründə ədalətli sülhün əldə olunacağına inanmır. 

“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yeni dərc edilən sorğusunun nəticələrinə görə, əgər 2024-cü ilin dekabrında respondentlərin 31%-i sülhün ədalətsiz olacağını gözləyirdisə, 2025-ci ilin martında bu rəqəm 55%-ə yüksəlib.

Ümumilikdə ABŞ Prezidentinə münasibət ötən dövr ərzində xeyli pisləşib. Belə ki, ukraynalıların 73%-i onun prezidentliyini Ukrayna üçün mənfi qiymətləndirir.

2025-ci ilin martında aparılan sosioloji araşdırmaya görə, ukraynalılar Donald Trampın prezidentliyinin Ukrayna üçün mümkün nəticələrinə əhəmiyyətli dərəcədə pessimist yanaşırlar. Əgər 2024-cü ilin dekabrında respondentlərin 31%-i Ukraynanın kifayət qədər və ya tamamilə ədalətsiz sülhlə üzləşə biləcəyinə inanırdısa, martda bu rəqəm 58%-ə yüksəlib.

2024-cü ilin dekabrından bəri daha bariz dəyişikliklər müşahidə olunur. Belə ki, Yeni il öncəsi ukraynalıların 54%-i hesab edirdi ki, ümumiyyətlə, D.Trampın ABŞ Prezidenti olması Ukrayna üçün yaxşıdır. Lakin artıq 2025-ci ilin martında yalnız 19% belə hesab edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol