Menu

“ERMƏNİSTAN BU İKİ ŞƏRTİMİZİ QƏBUL ETMƏLİDİR” – “Sülh müqaviləsinin mətni tam razılaşdırılıb”

02.04.2025, 12:56
“ERMƏNİSTAN BU İKİ ŞƏRTİMİZİ QƏBUL ETMƏLİDİR” – “Sülh müqaviləsinin mətni tam razılaşdırılıb”

"Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir".

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Şərhlər

B.Cəfərağa oğlu 2025-04-03 10:15:57

Cənab Frəng-Valter Ştaynmayerin 1828ci ildə Qarabağa qəbul edilib-məskunlaşdırılmış saxta *erməni*lərin (həqiqətən anti-katolik qruplaşma?) yerli azərilərə qarşı 1987ci ildə başlanmış növbəti siilahlı genosidin sonrakı barışığa münasibəti müdrik liderliyini təsdiq etdi! BMT, ATƏT MQnu da cəlb etmiş bu *siyasi tələ*nin bircə həlli var: Səbəbkar Ermənistan qonşularını tanısın, ya ləğv edilsin!?

Bəhram Cəfərxan oğlu 2025-04-03 09:45:37

Frəng-Valter Ştaynmayerin 1828ci ildə Qarabağa qəbul edilib-məskunlaşdırılmış saxta *erməni*lərin (Greqori-an) yerli azəri türklərinə qarşı növbəti silahlı *Miatsum!* terrorundan sonrakı hala münasibəti onun müdrik-zəkalı lider olduğunu təsdiqlədi! BMT, ATƏT MQ kimi hüquq tənzimləyicilərini bu siyasi oyunun bircə həlli var səbəb-cinayətkar Ermənistanın Azərbaycan da daxil bütün qonşuları tanıması və ya ləğv edilməsi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol