Donald Trampın az qala bütün dünyaya ekan etdiyi “ticarət savaşı” ciddi mənfi fəsadlar verməyə başlayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidentinin yeni tarif siyasəti təkcə beynəlxalq indekslərin, iqtisadi fəallığın və s. düşməsinə deyil, ayrı-ayrı populyar məhuslların da bahalaşmasına gətirib çıxaracaq.

Belə ki, beynəlxalq ekspertlər kəskin bahalaşacağı gözlənilən malların içərisində “İPhone”-ları xüsusi qeyd edirlər. Bu smartfonların əksər komponentləri ABŞ-nin ən böyük tariflər tətbiq etdiyi Çində istehsal olunur. Bunun nəticəsində “İPhone”- ların qiymətinin 43% artacağı gözlənilir.

Ekspertlərin hesablamalarına görə, ən ucuz “İPhone 16” modeli 799 dollardan 1142 dollara qədər bahalaşa bilər, hal-hazırda 1599 dollara satılan 6,9 düymlük ekran və 1 TB yaddaşa malik “İPhone 16 Pro Max” isə təxminən 2300 dollara başa gələcək.

“Apple Watch” da 43%, “MacBooks” və “AirPod qulaqlıqları” isə ən az 39% bahalaşacaq.

“AzPolitika.info”