ABŞ Prezidenti Donald Trampın elan etdiyi gömrük rüsumları qlobal bazarlara dərindən təsir etməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, dollar ucuzlaşdıqca qızıl və gümüş də ucuzlaşıb. ABŞ fond bazarı bu gün 2 trilyon dollardan çox dəyər itirib.
Belə ki, Trampın qərarından sonra dollar avro qarşısında kəskin ucuzlaşmağa başlayıb. Həmçinin qızıl və gümüş də dəyər itirib. 1, 5 faiz ucuzlaşan qızılın bir unsiyası hazırda 3054 dollardır. Gümüşün bir unsiyasının qiyməti 6 faiz ucuzlaşaraq 32 dollardan aşağı düşüb.
“AzPolitika.info”


Şərhlər