Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı təxminən 2 aylıq fasilədən sonra görüntülüənib.
MHP sədri vəfatının 28-ci ildönümündə MHP-nin qurucu sədri Alparslan Türkeşin Beştəpədəki məqbərəsini ziyarət edib, onun məzarı üzərinə qırmızı və ağ qərənfillər qoyub.
Bu səfərdən sonra partiya rəsmilərinin müşayiəti ilə Baxçalı çıxışda onu gözləyən vətəndaşları boz qurd işarəsi edərək qarşılayıb. Dövlət Baxçalı məzar ziyarətindən sonra Türkiyə Alparslan Türkeş Siyasi Akademiyası Vəqfinin yeni xidmət binasına gedib.
Xatırladaq ki, Baxçalı iki ay öncə ürək qapağı əməliyyatı keçirmişdi.
“AzPolitika.info”
MHP Genel Başkanı Devlet Bahçeli, MHP Genel Merkezi'nde partilileri selamladı https://t.co/K1ckGGAKWv pic.twitter.com/sBDym3MgzO


Şərhlər