Menu

“KURORT NAZİRİ” VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI – AHİK sədri əmr imzalayıb

07.04.2025, 20:30
“KURORT NAZİRİ” VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI – AHİK sədri əmr imzalayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.

“AzPolitika” “Paravda.az”-a istinadla xəbər verir ki, Konfederasiyanın sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, bir müddət öncə Ə.Ağasiyevin rəhbərlik etdiyi “Kurort” Qapalı Səhmdar Cəmiyyəti “Turizm və Ekskursiyalar” Şurası ilə birləşdirilib.

Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb.

“Kurort” QSC-nin balansına “Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərminsugeokaptaj” respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə Ə.Ağasiyev mətbuatda “kurort naziri” adlandırılırdı.

“AzPolitika.info”

Şərhlər

Oxucu 2025-04-12 11:06:15

Hörmətli Sahib müəllim, yerlərdə də kadr islahatarı aparılmalıdır. №5-il bir təşkilatın Həmkarlar təşkilatının sədr vəzifəsində çalışanlar var. onlardan biri Şəki İcra hakimiyyətinin Həmkarlar Təşkilatının sədri Babayev Qüdrətdir......?

Qoca Mollaya 2025-04-10 17:01:50

Deyin görüm özəlləşən hansı müəssisə özünü doğruldub ? Onsuz da Həmkarlar dövətin vəsaiti hesabına yox, üzvülük haqqına görə özünü idarə edir !

Qoca Molla 2025-04-07 15:29:35

Niyə özəlləşdirilmir ki? Dövlətimizin yükü azmış kimi bunu da əlavə yük kimi saxlayırlar. Özəlləşdirilsin və ehtiyacı olanları Profsoyuz yığdığı üzvülük haqqları hesabına göndərsin də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol