Menu

“Köməkçimi işdən çıxarmaq istəməzdim, ancaq xalqımı üstün tutdum” - Pezeşkian

07.04.2025, 17:47
“Köməkçimi işdən çıxarmaq istəməzdim, ancaq xalqımı üstün tutdum” - Pezeşkian

“Mən parlament məsələləri üzrə köməkçimi işdən qovmaq istəməzdim, ancaq xalqı və inancımı dostluqdan üstün tutdum”.

Bunu İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini vəzifəsindən kənarlaşdırmasından danışarkən deyib.

Pezeşkian cəmiyyətin vəziyyətini və xalqın narazılığını qəbul etdiyini bildirərək vurğulayıb: “Bizim bir çox problemimiz var, lakin hökumət məsələni ört-basdır etmək əvəzinə, problemi həll etməyə çalışır”.

Qeyd edək ki, ölkədə iqtisadi böhranın yüksək olduğu bir vaxtda Şəhram Dəbirinin Argentinaya səfərinin sosial şəbəkələrdə tənqid edilməsindən sonra Pezeşkian onu işdən qovub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol