Menu

Dmitri Medvedev etiraf etdi: “Neftin ucuzlaşması...”

17.12.2014, 15:06
Dmitri Medvedev etiraf etdi: “Neftin ucuzlaşması...”

“Rusiya valyutadəyişmə məntəqələrində valyuta kursları əsassız şəkildə bizim iqtisadiyyatımız üçün komfort olan səviyyədən kənara çıxıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin maliyyə-iqtisadi bloku ilə keçirdiyi müşavirədə deyib.

D. Medvedev bildirib ki, rubla lazımi dəyər verilmir və rublun hazırkı kursu iqtisadiyyatdakı real vəziyyəti əks etdirmir: “Biz iki faktordan qaynaqlanan problemlərlə qarşılaşmışıq. Bu faktorlar bizim ölkəmizdən asılı deyil”.

Hökumət rəhbəri Rusiya iqtisadiyyat üçün problem yaradan faktorlar kimi neftin ucuzlaşmasını və sanksiyaları göstərib. O qeyd edib ki, Qərbin sanksiyaları nəticəsində xarici bazarlar Rusiya şirkətləri və bankları üçün demək olar ki, bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol