Menu

Azərbaycanın dövlət büdcəsində profisit 2 dəfəyə yaxın artıb

08.04.2025, 10:22
Azərbaycanın dövlət büdcəsində profisit 2 dəfəyə yaxın artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çox və 1,6 % azdır.

Hesabat dövründə gəlirlər 101,8 %, xərclər isə 98 % icra edilib.

Son nəticədə büdcədə 1 milyard 618,4 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 97 % çoxdur.

"Yanvar-mart aylarında xəzinədarlıq orqanları 320 mindən çox ödəniş tapşırığı yerinə yetirib və büdcə gəlirlərini artıqlaması ilə icra edib. Büdcə xərclərinin az icra edilməsi isə mart ayında iş günlərinin sayının az olması ilə bağlıdır", - deyə nazirlik bəyan edib. 

Şərhlər

Kirpi 2025-04-08 11:00:53

Mən belə hökümət tanımıram. ....

Kirpi 2025-04-08 10:38:19

Pensiya ve maaşları artırın 1.6 milyard manat belə istifadə etmək olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol