Menu

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb

08.04.2025, 13:11
Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.

APA xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb.

İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir.

“Onları gücləndirməyə davam edəcəyik!”, - Gideon Saar əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol