Menu

Çindən Zelenskinin bəyanatına reaksiya - “Biz Ukraynaya döyüşməyə əsgər göndərməmişik”

09.04.2025, 18:11
Çindən Zelenskinin bəyanatına reaksiya - “Biz Ukraynaya döyüşməyə əsgər göndərməmişik”

Çin rəsmi Kiyevin ittihamlarını rədd edərək, öz əsgərlərini Ukraynaya qarşı müharibəyə göndərmədiyini bildirir.

“Çin hökuməti həmişə öz vətəndaşlarını Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağa, hər hansı formada müdaxilədən çəkinməyə və xüsusən də hər hansı tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyə çağırıb”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Qiang bildirib.

Bazar ertəsi Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna əsgərlərinin Rusiya qoşunları ilə hərbi əməliyyatlarda iştirak edən iki Çin vətəndaşını əsir götürdüyünü bəyan edib. Zelenskinin sözlərinə görə, onun Rusiya hərbi birləşmələrində ikidən çox çinli olması barədə məlumatı var.

Vaşinqton Çinin Rusiya adından Ukraynadakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı xəbərlərdən narahat olduğunu bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol