Menu

İPhone 3500 dollara - Şirkət ABŞ-yə qayıtsa qiymətlər necə dəyişəcək?

09.04.2025, 20:08
İPhone 3500 dollara - Şirkət ABŞ-yə qayıtsa qiymətlər necə dəyişəcək?

Dünya iqtisadiyyatına ticarət savaşı açan Donald Trampın bu addımı ilk növbədə qiymətlərə təsir etməyə başlayır. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp istehsalı ABŞ-yə köçürdükdən sonra “zavodlar və iş yerlərinin geri qayıdacağını” vəd edib... Amma ekspertlər deyirlər ki, zavodlardan çox yüksək qiymətlərin geri qayıtma ehtimalı yüksəkdir. Maliyyə analitiki Den Ives ABŞ-də iPhone istehsalının "uydurulmuş hekayə" olduğunu söyləyib. O qeyd edib ki, hətta bəzi smartfonları ABŞ-də yığmaq üçün Apple 30 milyard dollar sərmayə qoymalı və 3 il sərf etməlidir!

Nəticədə istənilən halda iPhone bahalaşa bilər: +30% — yığıldığı ölkə dəyişdikdə, +43% sadəcə yeni tariflər nəzərə alındıqda. Nəhayət, bu smartfon ABŞ-də yığılacağı halda, onun qiyməti 3500 dollara qədər artacaq.

Hazırda Apple Hindistan və Braziliyaya köçməyə çalışsa da, iPhone-ların 90%-i hələ də Çində istehsal olunur və şirkətin səhmləri Trampın inauqurasiyasından keçən dövr ərzində artıq 25% ucuzlaşıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol