"Elm və təhsil naziri Emin Əmrullayev: “Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur.”
XXI Əsrin 25-ci ili! Azərbaycan…
Çağımızda elmi dərəcəsi olmayan nazir AMEA-nın prezidenti başda olmaqla akademikləri və müxbir üzvləri bütün iclaslarda danlayır. Əslində belə bir hal mənə ləzzət eləyir. Çox məmnunan, çünki onların hamısı nazirin dedikləri ilə razılaşır..."
“AzPolitika” xəbər verir ki, bu fikirləri elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis, sabiq deputat Etibar Əliyev öz “facebook” səhifəsində bildirib.

E.Əliyev daha sonra yazır: "Bəs akademik və AMEA-nın müxbir üzvü kimlərdir?
Azərbaycan Milli Elmlər Akademiyasının NİZAMNAMƏSİ-nə baxaq:
5.3. Akademiyanın həqiqi üzvləri (akademikləri) Azərbaycan Respublikasının vətəndaşı olan, elmi istiqamətlər üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, elmi məktəblər yaradan Akademiyanın müxbir üzvləri sırasından seçilirlər.
5.4. Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikası vətəndaşları sırasından seçilirlər.
AMEA-nın, Elm və təhsil nazirliyinin tabeliyində olan bütün institutların direktorları akademik və müxbir üzvlərdir. Ancaq insafən bir şeyi də deyim. Nazirin onları tez-tez danlamasına rəğmən arada bir-biriləri ilə pıçıldaşırlar. Bəli, pıçıltının özü də elmdir. Siz heç İsa Həbibbəylinin, yaxud Vaqif Abbasovun pıçıltısını görmüsünüz?"
“AzPolitika.info”

Şərhlər
Azərbaycanda saysız hesabsız.lazım oldu-olmadıqurumlar yaradılıb.oraya ştat cədvəli üzrə işçilər yerləşdirilib və onlara aylıq maaş. .bəzilərinə əlavə paket verilir.amma nə nəzarət edən,nə soran yoxdur ki, bu qurumlara sərf edilən dövlət vəsaiti əvəzində bu qurumların ölkəyə hansı mənfəətivə ya köməyi olub.Bir az ağılla araşıran olsa belə qurumların yarısı tam lazımsız və zərəli.qalan yarısı isə şişirdilmiş ştatlarla ölkəyə aitan yetirir.Belə isafçılığın səbəbi nədir?Bunun kimi nazirlər Kabinetində,nazirliklərdə də işçi saylarında ixtisarlar aparılmalıdır ki.ölkədə mənasız israfçılıın qarşısı alınsın.
Azərbaycanın evini pokazuxalar,yalanlar yıxıb.Yalan məlumatlar (guya işləyirik),yalan rəqəmlər (statistika idarəsi və s.) mətbuat,televiziya hər gün yalan yayır.Niyə belədir?Bunu onlara belə göstərişi verənlər bilir
Süpürgəçidən yaklaşık 2 dəfə artıq əmək haqqı alan şöbə və laboratoriya rəhbərindən, illər boyu ən adi cihaz və avadanlıq, reagent alınmayan institutlardan nə isə gözləmək səmadan ulduz qoparmağa bənzəyir.
Nə zaman Azərbaycanda sahləri sahənin işini bilən,təcrübəsi ,bu sahədə stajı olan mütəxəssislərə həvalə edəcəklər.Axı təsadüfi uyğunsuzlar ölkə iqtisaiyyatını.təhsilini,səhiyyəsini.vətəndaş yaşamını,güzəranı çıxılmaza soxublar.Belə xalqa qarış.ölkəyə qarşı düşmənçilk hakimiyyətə nə verir?Hansı nazir,müavinləri,İcra başçıları və sairə tutduğu vəzifəsində ölkə üçün faydalı iş görüb?Rüşvət.büdcə talama,mənimsəmə,özəlləşdirmə,xarcə daşıma.xaricdə şirkət və sairə.Nəzarət,bunların qarşısını almaq isə görünmür!
XalqBry bize Elm Maarif yox enine ,uzununa tullanan şille ,şapakaq vurmağı bacaran,ad alandan 1-2 il sonra tutulub zindana geden 'igid ve qehreman udmançılar" lazımflr.Elm ise Amerijasadlr ve bixim uşaqlar gedib onu da biznes yolu ile ölkemize getirerler,darlxmsyın hele vaxt var.
Akademiyada oturub pürrəngi çay içib nərd oynayırlar. Maaş da hər ay karta oturur. Daha nə lazımdır?
Akademiya nə iş görür bilmirəm, ancaq onu bilirəm ki, prezident sözü məni çox hiddətləndirir. Dövlətdə bir Prezident olar, o da Azərbaycanın Dövlət Başçısı İlham Əliyev Cənablarıdır. Yoxsa bu nədir:
Akademiyanın prezidenti,
Azərenerjinin prezidenti,
Azərsun prezidenti (alverçi nə vaxtdan prezident olub) və sairə. Ümumiyyətlə Azərbaycanın Prezidentindən başqa heç bir qurumda prezident olmamalıdır. Hansısa bir müəssisənin, şirkətin, firmanın rəhbəri olsun və necə istəyirlər adlandırsınlar, ancaq prezident sözünu unutsunlar.
Sizcə, Elm nədir? Nə olmalıdır ki, deyəsiz Azərbaycanda elm var.
əvəllər Mustafa Babanlı haqqında yazırdı, indi nazir və İsa Həbibbəyli haqqında yazır. Nə deyirlər ona, onu da yazır ...
Azərbaycanda nə elm var , nə də təhsil !
Elm də,təhsil də getdikcə tənəzzülə uğraqyır. Faktı sadalamaq yox,faktiki işə keçməkdə çoooox dala qalmışıq.Bir Elmlər Akademiyasının uzun illər havayı maaş alan.həqiqətdə heç bir faktiki iş nəticələrinə görə gözə çarpmayan (boş yazı və söhbətlərdən başqa ) AKADEMİKLƏRİ Akademiyanı sanki mühasirəyə götürüb,yalan dolanla baş girləyirlər.Niyə bu sahə hakimiyyətin diqqətindən qaçırılır? Nazir də danışır,keçib gedir,Onun da faktiki işi görünmür.Elm və təhsil batıb gedir.