Menu

Çindən ABŞ-yə yeni əlavə vergi şoku - Gömrük tarifini 125 faizə yüksəltdi

11.04.2025, 12:22
Çindən ABŞ-yə yeni əlavə vergi şoku - Gömrük tarifini 125 faizə yüksəltdi

Çin ABŞ-dən idxal olunan məhsullar üçün gömrük rüsumlarını kəskin şəkildə artırmağa qərar verib.

Pekin sabahdan etibarən Amerika mallarına tətbiq edilən tarifləri indiki 84%-dən 125%-ə qaldıracağını açıqlayıb.

Qərarın açıqlanmasından sonra Asiya fond bazarlarında volatillik yaşanıb. Analitiklər yeni vergi artımının təkcə ABŞ-Çin münasibətlərinə deyil, həm də qlobal təchizat zəncirlərinə təsir edəcəyinə inanırlar.

Hələlik Vaşinqtondan heç bir rəsmi cavab gəlməsə də, Ağ Evin qısa zamanda əks hərəkətlə bağlı açıqlama verəcəyi gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol