Suriya təhlükəsizlik qüvvələri Hələb şəhərinin şimalında yerləşən kürd rayonu Şeyx Maqsudda öz bölmələrini yerləşdirməyə başlayıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Agentliyə görə, yerləşdirmə prosesi bu rayonda təhlükəsizliyin gücləndirilməsi tədbirləri çərçivəsində özlərini “Suriya Demokratik Qüvvələri” (SDF) adlandıran PYD, YPG terror təşkilarları ilə koordinasiyada həyata keçirilir.
Xatırladaq ki, aprelin 9-da Dəməşqdəki iqtidarla razılaşma əsasında Əşrəfiyə və Şeyx Maqsud kürd rayonlarını təxminən 500 döyüşçüdən ibarə terrorçu kolonu tərk edib. Aprelin 4-də rayonları təxminən 450 terrorçu tərk edib.
Aprelin 1-dəPYD, YPG terror təşkilarlarının komandanlığı və Dəməşqdəki keçid hökuməti arasında əldə edilmiş razılaşmaya əsasən, qalan kürd dəstələri ictimai təhlükəsizlik qüvvələrinin strukturlarına daxil olacaq.


Şərhlər