Tanınmış tərcüməçi və pedaqoq Yalçın İslamzadə “Facebook” səhifəsində AMEA prezidenti İsa Həbibbəlini kəskin tənqid edib. O, ötən həftə Akademiyada Elm Gününə həsr olunmuş tədbirlə bağlı fikirlərini paylaşıb.
“AzPolitika” Y. İslamzadənin həmin qeydlərini təqdim edir: “Bir neçə gün əvvəl AMEA-da Elm Gününə həsr olunmuş tədbir keçirilib. Akademiyanın prezidenti İsa Həbibbəyli çıxışında ‘AMEA dünya elmində vacib qərarların, elmi istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir’ deyib.
AMEA "kvant sıçrayışı"nı nə vaxt reallaşdırıb ki, xəbərimiz olmayıb? Çıxışlarda maksimum pafos — sovet ənənəsidir, hələ də yaşayır.
Tədbirə dəvət olunanlar arasında BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da olub — müğənniyə hüquq diplomu verən, tələbəyə ‘Pul versəydin, sən də keçərdin’ deyən şəxs.

Əxlaqsız Qərbdə belə bir şəxsi bu cür tədbirlərə dəvət etməzdilər — bu və digər qalmaqallardan sonra. Şərqdən fərqli olaraq, orada akademik etika anlayışı var.
Məni blok edib, yoxsa Müşfiq Ötgün-Şükürova yazardım ki, həmin rektora rüşvətə görə ictimai etiraz edən ‘Şiraslan kişi’ deyildi, bir xanım idi.
Axırda isə elmin populyarlaşdırılmasında göstərdikləri xidmətlərə görə bir sıra alim, mütəxəssis və jurnalistə “imzalı sertifikat” təqdim olunub.
Kimlər elmi populyarlaşdırıb? Konkret olaraq nə ediblər? Hansı jurnalist, hansı qəzetdə?
Bunlar elmin populyarlaşdırılmasının nə olduğunu belə tam anlamırlar.
Biz AMEA alimlərini, əslində, psevdoelmi fikirləri yaymaqla məşğul olan kimi görürük:
- Cəhənnəmin temperaturunu ölçən,
- Mələklərin sürətini hesablayan,
- Hovuzuna nərdivan tapmaq üçün seyid cəddindən kömək uman,
- Adnan Oktarı “görkəmli türk alimi” kimi təqdim edən AMEA əməkdaşları olub.
AMEA-nın elmin populyarlaşdırılmasına yeganə “xidməti” bu cür psevdoelmi iddialar irəli sürməsi və onların ətrafında yaranan etirazlara şərait yaratmasıdır. Çünki belə qalmaqallar adi, münaqişəsiz yazılardan daha çox oxucu diqqəti çəkir.
AMEA:
- Gənclər və uşaqlar üçün elmi-populyar jurnal nəşr etmir,
- “Elm və Həyat” jurnalının üzünü görən yoxdur,
- Alimlər psevdoelmi iddialar qarşısında heç bir mövqe bildirmirlər,
- İctimai çıxışlar etmirlər,
- Kitablar yazmırlar,
- YouTube kanalınız yoxdur,
- Kitab tərcümə etmirsiniz və s.
Bəs elmi harada populyarlaşdırmısınız?
Ölkədə bütün sahələrdə inzibatçılıq hökm sürür. Fəaliyyətlər isə imitasiyadan, görülməmiş işlərin hesabatından və bu “uğurlara” görə mükafatlandırılmadan ibarətdir.

Əlavədəki şəkildə akademik İsa Həbibbəylinin AMEA kitabxanasına bağışladığı kitablar yer alıb. Mən o şəkildə nə ingilis dilində, nə də son dövrlərdə Azərbaycan dilinə tərcümə olunmuş ciddi kitabları, eləcə də tanınmış fikir adamlarının əsərlərini görə bildim.
Akademikin mütaliə dairəsi çox daha geniş olmalıdır.
Tədbirin sonunda Anara həsr olunmuş filmə baxıblar. Gələn il eyni şəxslər bir daha yığışacaqlar. Qoca Şərqdə dəyişikliyə pis baxırlar.”

Şərhlər
bəs niyə bu ölkəni talan edib milyardları talançılar daşıyırlar qərbə?
50 il dözək. Azərbaycanda nesillerimiz qalsa bunlarsız yəqin hava udacaqlar
İsa Həbibovun akademikliyi elmə qarşı hörmətsizlikdir.Belə bir savadsızın keçirdiyi tədbirin keyfiyyəti necə ola bilər?
Dünən maraqlı bir görüşdə iştirak etdim. İclasda iştirak edənlərdən biri bir hadisəni yarızarafat, yarıciddi danışdı.1990-cı ildə biz bir qrup alim və geoloq mühəndis Türkiyə universitetinə getdik. Araşdırma aparmaq üçün özümüzlə çoxlu avadanlıq və qazıntı materialları götürdük. Bizə yadplanetlilər kimi baxırdılar. İndi bir şirkətin tədqiqat laboratoriyasına getdiyimiz zaman hər şeyin tam əksinə olduğunu görürük.
Müəllif bu yazısını yəqin ki, bu gün "Moderator.az"-da gedən "Təhsilində ciddi problemlər olan ölkənin elmi də problemlər içində olar" yazısını oxumadan, ya da bu günkü elmin gerçək durumundanxəbərsiz olduğundan qələmə alıb. Akademiya rəhbərlərini, akademikləri aşağılamadan bilmək lazımdır ki, bu günkü şərtlər daxilində Eynşteyn, Fermi, Bor, Myössbauer, Zevayl, daha nə bilim kimlər və onların ordusu belə heç nəyə nail ola bilməzdilər.
Əxlaqsız qitə, ya icmalar birliyi olurmuş? Yox! Olursa da, milli, etnik qruplar içində ən qatışıq yaxın nigahlı rast gəlinən xalq qrupları azəri türkləri ilə Qreqori an qruplaşmasının (Çarlığın saxta ermənilərinin?) vətəndaşları arasındadır. TerrorBaşları ilə 30 ilə barışıq diplomatiyası da xalqların sıxı olduqlarını sübut edir?
Abeli,İsa Həbibbəylini haradan tapıb vəzifələrə gətirilməsi,uzun illər onların fəaliyyətinə qəsdən diqqət yetirilməməsi və bu gün onların əməllərinə hakimiyyətin qiymət verməməsnin i səbəbi nədir? Axı belə hllar digər yüksək çinli məmurlara da aiddir.Belə xalqa,gəncliyə,elmə zərər vuran əsli şübhəli olan şəxslərin tüksək vəziflərə gətirilib bəslənməsinin ölkəyə,xalqa,gəncliyə ziyanını nəzrə alıb araşdıran qurum niyə görünmür?Axı ölkə,xalq,gənclik,elm.təhsil,iqtisadiyyat batıb.Kimvə necə bu sahələri dirçəldilməsini düşünməlid?
bu psevdo-akademiklerde abir-heya yoxdur. nece deyirler UTANMASAN OYNAMAGA NE VAR Kİ
Belə bir el məsəli var: "Axsağ atın, kor da nalbəndi olar"...bu sözləri İsa həbibbəyli və Abel Məhərrəmov üçün deyirəm. Ümumiyyətlə, Abelin uzun illər Universitetə rekto, İsanın da artığ bir neçə illərdir ki, AMEA prezidenti olmasını, Xalqımız, Millətimiz, Elmimiz, Cavan elmi kadrlar üçün itirilmiş illər sayıram...Məqalənin müəllifi ilə tam razıyam, inanın ki, məndə belə bir əminlik var ki, bu iki alim, professor-akademik daşıdığı titullara layiq deyillər...""" BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da olub — müğənniyə hüquq diplomu verən, tələbəyə ‘Pul versəydin, sən də keçərdin’ deyən şəxs."""və yaxud"""Cəhənnəmin temperaturunu ölçən,
Mələklərin sürətini hesablayan,
Hovuzuna nərdivan tapmaq üçün seyid cəddindən kömək uman,
Adnan Oktarı “görkəmli türk alimi” kimi təqdim edən AMEA əməkdaşları olub."""
Necə? Elm haqqında məqalə başlığı ana dilimizdə-*Ey azərilər, qərbi tərk edən! Yenə Şanslar verin ki, onlar köhnə faşizm, bizi 33 il hərbi genosid işğalında saxlamış nasizmlə bizləri əsarətlə Avropanın 18ci əsrdən Kvant və digər məlumatlardan qapasınlar? Süverenlik təsdiqlədi ki, hər cəmiyyətdə mütərəqi insani münasibətlər də, yaramaz təzadlar da oxşarlıqdadır!
Cesare Lombroso - bu kişinin yazdıqlarından xəbəriniz olsaydı ...keşke , adam aarasına çıxmazdız bu üzlə
Ölüb və ardınca yerə girən olacaqmı