Menu

Trampın növbəti hədəfi NATO və BMT-dir - Maliyyələşməni kəskin şəkildə azaltmaq istəyir

15.04.2025, 13:24
Trampın növbəti hədəfi NATO və BMT-dir - Maliyyələşməni kəskin şəkildə azaltmaq istəyir

ABŞ Prezidenti Donald Tramp NATO və BMT-yə ayrılan maliyyəni kəskin şəkildə azaltmağı planlaşdırır.

“Washington Post” yazır ki, Ağ Ev ABŞ-nin xarici siyasətinin maliyyələşdirilməsini, o cümlədən beynəlxalq təşkilatlara maliyyə dəstəyini kökündən azaltmağı təklif edir.

Sənədə əsasən, aşağıdakılar planlaşdırılır:

- Beynəlxalq təşkilatların maliyyələşdirilməsinin demək olar ki, 90% azaldılması, xüsusən də BMT, NATO və 20 digər struktura töhfələrin dayandırılması;

- Birləşmiş Ştatlar tərəfindən BMT vasitəsilə maliyyələşdirilən sülhməramlı proqramların "son missiyaların uğursuzluqları" səbəbi ilə tamamilə bağlanması;

Eyni zamanda, sənəd yalnız MAQATE və ICAO kimi müəyyən təşkilatlar üçün töhfələrin saxlanmasını nəzərdə tutur.

Ekspertlər və rəsmilər Tramp administrasiyasının təklifindən narahatdırlar. ABŞ-nin NATO-dakı keçmiş səfiri Yulianne Smit bu barədə danışarkən deyib:“Bu, həqiqətən də alyansın necə işlədiyinin təməlinə təsir edir və alyansın birliyinə sarsıdıcı zərbə vura bilər”.

Sənədin təklifləri arasında USAID agentliyinin Dövlət Departamentinə inteqrasiyası və ümumi xarici siyasət büdcəsinin 48% (28,4 milyard dollara qədər) azaldılması da var. Sənəd qəbul olunarsa, humanitar yardıma ayrılan maliyyə 54%, qlobal səhiyyəyə isə 55% azalacaq.

Qeyd edək ki, büdcə hələ Konqres tərəfindən təsdiqlənməyib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol