“ABŞ və İran arasında danışıqların növbəti raundu çox güman ki, Tehranın nüvə proqramı ilə bağlı müzakirələr üçün çərçivə yaradacaq”.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ dövlət katibinin İran və İraq üzrə köməkçisi Viktoriya Teylor Tehran-Vaşinqton görüşünü şərh edərək bildirib.
O, danışıqların birinci raundunu müsbət və konstruktiv adlandıraraq, "biz hələ ilkin mərhələdəyik, ancaq qarşıdakı müzakirələr bizə gələcək yolu müəyyənləşdirməyə kömək edəcək", - deyib.
"Unutmamaq lazımdır ki, biz İranla onun nüvə proqramı ilə bağlı danışıqlar aparsaq belə, maksimum təzyiq siyasəti qüvvədə qalır”, - deyə, Viktoriya Teylor vurğulayıb.
"AzPolitika.info"


Şərhlər