Menu

"Bu, dövlət, xalq qarşısında töhfədir" - Şahin Bağırov gömrükdən narazı qalanlara səsləndi

18.04.2025, 17:03
"Bu, dövlət, xalq qarşısında töhfədir" - Şahin Bağırov gömrükdən narazı qalanlara səsləndi

Vətəndaşların gömrük ödənişlərindən yayınmasının qarşısını almaq üçün təbliğat və maarifləndirmə işləri genişləndirilməlidir.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Əslində, vətəndaşların idxal etdikləri mallara görə ödədikləri vəsait dolayı yolla özlərinə qayıdır. Bu ödənişləri dövlətə xidmət kimi dəyərləndirmək lazımdır. Hər bir vətəndaş gömrük ödənişlərinə məsuliyyətlə və həvəslə yanaşmalıdır”, - deyə Ş.Bağırov vurğulayıb.

DGK-nın sədri qeyd edib ki, bəzən insanlar digər şəxsi xərcləri barədə düşünmür, amma gömrük ödənişlərinə yanaşmada tərəddüd edirlər: “Bu səbəbdən maarifləndirmə və təbliğat işlərini daha da gücləndirmək vacibdir. Xaricdən məhsul gətirən vətəndaş anlamalıdır ki, etdiyi ödəniş ümumi rifaha [dövlət, xalq qarşısında] töhfədir. Bu prosesi istəklə həyata keçirmələri digərlərinə də nümunə olacaq. Cəmiyyətin bu məsələyə daha fəal cəlb olunması üzərində ciddi şəkildə düşünürük. Bu baxımdan media çox mühüm rol oynayır”.

Ş. Bağırov əlavə edib ki, bəzi hallarda kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyəti ilə bağlı tənqidi fikirlər səslənir: “Lakin bu fikirləri təhlil etdikdə görürük ki, əksər hallarda bu tənqidlər əsaslı deyil. Texniki məsələlərin və normativ qaydaların tam bilinməməsi səbəbindən narazılıqlar yarana bilər. Bu cür halların qarşısını almaq üçün media nümayəndələri ilə daha sıx əməkdaşlıq etməliyik”.

Şərhlər

Eli 2025-04-18 18:10:45

Maşallah bey Komite sedri teyin olunandan beri rengi rufu tam deyişib yanaqkarından qan damır Efqan mollakk ki arı kimi .Allah kömek olsun.İnlesllah Şahin beyje Mikayıl bey Milleti firevan heyata çuxararkar yeqin.

Eli 2025-04-18 17:40:55

Bu adamın xeberi var ki onun 250- den çox memurunu pensiyaya çıxarıblar ve 1 il keçmemiş 2- ci Mikayıl Cabbarov oan Sahil Babayev onların hamusının pensıyasını leğv edib .İndi 280 insan daha doğrusu 1000-e yaxın vetendsş mehkemelerdeb"Edalet" almaq növbedine durublar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol